“Şəhidin arvadı və balaları müdafiəsiz qalıb” – Müğənnidən içacıdan sözlər – Foto
Yusif Sultanoğlu
07:27 14.09.2020
Mədəniyyət
1640
“Heç kəsin bu uşaqların gözündən bir damcı yaş axıtmağa ixtiyarı yoxdur”
“Həmin gün çox üzüldüm. Şəhid Vüqar Sadıqovun övladlarını və xanımını üzgün gördüm. Onun yoldaşının hüquqlarının pozulması, təzyiqə məruz qalması, üstəlik hüquqlarını bilməməsi və müdafiəsiz qalması məni xeyli düşündürdü. “
“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış müğənni, prodüser Ruhi Əliyeva Feysbuk səhifəsində yazıb. Şəhidin övladları ilə şəkilini paylaşan məşhur, açıqlamaları ilə diqqət çəkib:
“Axı niyə bəziləri dünya malını şəhid adından üstün tutur? Bununla canını torpaq uğrunda fəda etmiş, şəhidimizi hörmətsiz etmirlərmi?! Üç balanı anaları ilə birlikdə evdən qovanları, incidənləri mühakimə etməyi sizin ixtiyarınıza buraxıram. Bu barədə danışmaq istəmirəm. Bir şeyi dərk edirəm ki, bu gözəl balalar alını açıq, başı dik yaşamağa layiqdirlər. Axı onların atası igidlik və mərdlik nümayiş etdirib. Heç kəsin bu uşaqların gözündən bir damcı yaş axıtmağa ixtiyarı yoxdur. Vüqarın oğul yadigarı olan Yaşarın gözlərinə diqqətlə baxın...Bu gözlərdə nə qədər məğrurluq, ləyaqət və doğma bacılarını qorumaq əzmi var. Atanın çörəyi, ananın südü sənə halal olsun, Yaşar bala. Tanrı Sizləri pənahında saxlasın!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm