Sənət adamları sonuncu dəfə hansı kitabı oxuyublar? – SORĞU
Yusif Sultanoğlu
15:49 31.05.2020
Mədəniyyət
2047
Əsrlər nə qədər dəyişsə də istənilən dövrdə ehtiyac duyulan, dəyişməz qalan tək şey kitabdır. İnternet resursları və texnologiyalar olmadan bizləri xəyallar aləminə, kainatın müxtəlif yerlərinə aparan kitablar dünya görüşümüzün zənginləşməsində mühüm rol oynayır. Böyük şair Səməd Vurğunun da dediyi kimi “ Kitabsız bir ömrün nə mənası var “. Evdə keçirdiyimiz karantin günlərində kitablar ən yaxın dostumuz olmaqla yanaşı həm də bu müddəti səmərəli təşkil etməyimizə kömək oldu. Sözsüz, hər birimiz mütaliə etdik. Bəs həmişə göz qabağında olan tanınmışlar necə ? Onlarda kitabla dost oldularmı?
Elə sualımıza cavab axtarmaq məqsədilə tanınmışlar arasında sorğu keçirərək, ən son oxuduqları bədii kitabın adını soruşduq.
Xalq artisti Brilliant Dadaşova “Sherg.az”a hələ də oxumağa davam etdiyi kitabdan danışdı:
Teodor Drayzerin “Amerika faciəsi”ni karantində oxumağa başlamışdım, hələ də bitirməmişəm. Amerikada 20 il bundan əvvəl oxumuşdum, amma indi tamamlaya bilməmişəm. Çünki karantində evdə oturmadım, verilişlərə, səsyazma studiyasına getdim. Hətta Amerika radiosu ilə canlı yayımımız oldu, proqramlara qatıldıq. Ona görə bir ay yarımdır, oxuyub qurtara bilməmişəm.
Xalq artisti Məleykə Əsədova isə nəinki karantində ,hər zaman mütaliə etdiyini söylədi:
“Mütaliə əsas xəttimdir. Bədii əsərdən daha çox şeirlər oxuyuram. Gördüz ki, karantində də şeirlər hazırladım.”
Sevilən muğam ifaçısı, əməkdar artist Babək Niftəliyev də daha çox şeiriyyata üstünlük verdiyini bildirdi:
“Ancaq Əliağa Vahiddən, Füzulidən, Nəsimidən qəzəllər oxuyuram, başqa kitab yox. Tanınmış şairlərin şeirlərini öyrənirəm...”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region