Səssiz kadrları danışdıran ADAM
09:10 02.08.2024
Mədəniyyət
382
“Uğurlu insanların üç sirri var: özünə inam, müsbət düşüncə, dürüstlük və çalışqanlıq. Çoxları bu üç prinsipi bilir, lakin onlardan az bir qismi onları həyata keçirir”.
Conor McGregor
Məhşur filmdə deyildiyi kimi “Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib!..” Kino vacib olduğu kimi onun yaranmasında vacib insanlar var. Həmin vacib və həlledici insanlardan biri də səs rejissorudur. Səs rejissoru yalnız səs ardıcıllığının keyfiyyətinə deyil, həmçinin filmin dramaturji ardıcıllığına, ifadəli səslərin dolğun yaranmasına, səs və təsvirin sinxronlaşmasına nəzarət etməklə yanaşı, səsin redaktəsinə də rəhbərlik edir. Bu sahə olduqca çətin və bir o qədər də maraqlı peşədir. Səs rejissoru, bir filmdə və ya serialda səslərin sinxron düzülməsi, təmizlənməsi, dublajı, foley səslənməsi, səs dizaynı və balanslaşdırılması ilə məşğul olur. Səs rejissoru səsin keyfiyyətini artırır, atmosfer yaradır və tamaşaçının hislərini oyadaraq ekran işinin təsirini gücləndirir.Səs rejissorlarının birinci növbədə sənətə olan sevgisi, intuisiyası və diqqəti ətraf aləmin səslərini həssaslıqla dinləməyə, onları olduğu kimi, inandırıcı, yüksəkkeyfiyyətli səslərlə filmə daxil etməyə də imkan verir.
Bu dəfəki yazımın qəhrəmanı bir çox ekran işində (bədii filmlər, seriallar, animasiyalar), imzası olan hər bir işində peşəkarlıq nümayiş etdirən tanınmış səs rejissorlarından biri, Azərbaycan kinematoqrafiyasında səs post-prodakşn sahəsində 10 illik peşəkar təcrübəyə malik Nadir Mahmudovdur.
Nadir Mahmudov 21 yanvar 1989-cu ildə Azərbaycan üçün bir çox görkəmli şəxslər yetirən Naxçıvan Muxtar Respublikasında anadan olub. Uşaq yaşlarından filmlərə olan marağı onu bu sahəyə gətirib çıxarıb. Ali təhsilini başqa sahədə alsa da sənət və kino sahəsinə olan sevgisi onu kino sahəsinə gətirdi. Həyatını kinoya, onun inkişafına həsr etdi. Peşəkar karyerasına 2014-cü ildən Azərbaycan serial və filmlərinin səs post-prodakşn sahəsində çalışır. O, səs rejissoru, səs redaktoru və səs dizayneri kimi bir çox yerli serial və filmdə fəaliyyət göstərib. Bunlardan hamının sevə-sevə izlədiyi “Nabat”, “Xocalı ana harayı”, “O gecə”, “Əqrəb mövsümü”, “Günəşim ol”, “Laləli saray” “Xosrov və Şirin”, “Şeyx Sənan” “Simurq” və s. Nadir Mahmudov həm də animasiya sahəsində də öz sözünü demiş yaradıcı insanlardan sayılır. Onun işlədiyi “Hədis”, “Baharın oğurlanması” və s.
"Azərbaycanfilm" kimi mötəbər yerdən əlavə onun adını həmişə ölkənin kino sahəsində mühüm yerləri olan "Oscar Production", "Oksi Media Production", "SFN Production" prodakşnlarda görmək olur.
Peşəkar səs rejissoru üçün əsas hədəf, səssiz bir görüntüyə həyat verməkdir. Səs dizaynı, amtosfer səsləri və floey vasistəsi ilə hər kadrı canlandırmaq, hətta danışdırmaq mümkündür. Bu işdə əsil ustalıq- səssiz kadrları danışdırmaqdır deyərdim. Ona görə də həmişə Nadir Mahmudovu səssiz kadrları danışdıran adam deyirəm.Çünki o sadaladığım işlərin ustasıdır.
Sahəsində uğurlu səs rejissoru kimi çalışan qəhrəmanımın işlərində foley, səs dizaynı, dialoq redaktəsi və səs mastering işləri xüsusi yer tutur. Onun rəhbəri olduğu "NM studio"da isə Azərbaycanda ilk Dolby Atmos sistemi qurulub. Bu sistemin Azərbaycan kinosunun inkişafında böyük rol oynayır.
Nadir Mahmudovla çalışan rejissorlar, onu yaxından tanıyanlar inanır ki, yazımızın qəhrəmanı gələcəkdə daha böyük uğurlar qazanacaq və Azərbaycan kinosunda daha da mühüm yer tutacaq. Buna inanıram….
Turan Etibaroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat
Naim Qasım: Livanı İsrail üçün cəhənnəmə çevirəcəyik
14:39 12.05.2026
Gündəm
Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib
14:36 12.05.2026
Gündəm
Rusiyada məktəbdə atışma olub, yaralılar var
13:51 12.05.2026
Hadisə
Tehran-Bakı reyslərinin sayı gələn həftədən artırılacaq
13:36 12.05.2026
Gündəm
Azərbaycanda inflyasiya 5,6% artıb
13:24 12.05.2026
İqtisadiyyat
Ərdoğan Qazaxıstana səfər edəcək
13:14 12.05.2026
Gündəm
İran uranı 90 faizədək zənginləşdirə bilər
12:41 12.05.2026
Dünya
Avropa klublarını Tovuza gətirənlərə eşq olsun! - Fazil Mustafa
12:40 12.05.2026
Futbol
İran ABŞ ilə danışıqları mümkün hesab edir
12:27 12.05.2026
Gündəm
Xocavəndə növbəti köç karvanında 18 ailə yola salınıb
12:11 12.05.2026
Qarabağ
Ötən həftə 71 piyada əleyhinə mina zərərsizləşdirildi
11:19 12.05.2026
Hadisə
Tramp Çinə səfərinin nəticəsində “böyük işlər” vəd etdi
11:14 12.05.2026
Gündəm