SORĞU ! - Sənət adamları hansı əcnəbi dilləri bilirlər ? – İngilis,rus, hind, urdu, fars...
Yusif Sultanoğlu
08:55 10.07.2020
Mədəniyyət
1465
Dövrümüzün ən ümdə məsələlərindən biri başqa dillərdə danışa bilməkdir. Müasir texnologiyalar erasında yaranıb, təşəkkül tapmış sosial şəbəkə platformalarında müxtəlif xalqlardan insanlarla rastlaşır, ünsiyyətdə oluruq. Elə bu səbəbdən də bir və bir neçə əcnəbi dil bilmək böyük əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı, vətənimizi xarici auditoriyalarda layiqincə təmsil etmək üçün dünyəvi dilləri yüksək səviyyədə öyrənmək lazımdır.
Bəs gəlin görək bizim sənət adamları neçə dildə danışa bilirlər?
“Sherg.az”ın sorğusuna ilk olaraq cavab verən sevilən müğənni, xalq artisti Röya Ayxan bildiyi dilləri sadalayıb:
“Azərbaycan, türk, rus dilində danışıram. İngilis dilindən də anlayışım var”.
Hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulova xeyli əcnəbi dil bilir:
“Azərbaycan, türk,rus, ingilis, hind və urdum dillərini bilirəm. Bir az da farscanı başa düşürəm”
Tanınmış müğənni Xuraman Şuşalı isə suala belə cavab verib:
Cəmi iki dil bilirəm: Azərbaycan və rus. Türkcə də dilimizə yaxın olduğu üçün deməyə ehtiyac yoxdur. Həm də istəyirəm ki, övladlarım ingilis dilində danışa bilsinlər. Ona görə ingiliscə öyrənməyə çalışıram.
Xalq artisti Tünzalə Ağayeva rus, ingilis dillərini mükəmməl bildiyini söyləyib:
“Həmçinin türkcə də yaxşı danışıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya