“Toppuş bacı” “Sherg.az”a DANIŞDI: “Həmin palata, həmin terapiya...”
Yusif Sultanoğlu
09:01 12.06.2020
Mədəniyyət
1365
Xəbər verdiyimiz kimi uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tunzalə Əliyevanın yenidən vəziyyəti pisləşib. Aktrisa xəstəxanadan fotosunu rəsmi “İnstagram” səhifəsində paylaşaraq “Yenə Əvvələ qayıtdıq.
Yenə bu sevimli 419-cu palata“ sözlərini yazıb.
Biz də “Sherg.az”olaraq Tünzalə xanımın sağlıq durumunu öyrənmək üçün onunla əlaqə saxladıq. Əməkdar artist dünəndən etibarən kimya-terapiyalara başladığını söylədi:
“Müalicəm normal, dünya standartlarına uyğun formada davam edir. Pamdemiya dövrünə baxmayaraq həkimlər peşəkarlıqla çalışır. Burda tək həkimlərin işi deyil, qidalanmam, dərmanlarımı qəbul etməyim, orqanizmim çox böyük rol oynayır.
Aktrisa xəstəxanada koronavirusla əlaqədar görülən tədbirlərdən də danışdı:
“Təsəvvür edin onkologiyada içəri girəndən çıxana qədər yoxlanış olur. Girişdə xüsusi kompüter sistemləri qurulub. Spirtlənirsən və tibbi maskalarla, əlcəklərlə içəri buraxılırsan.
Gigiyenik vasitələrin hamısından istifadə edirik. Yəqin ki, bütün xəstəxanalarda belədir. Dövlət başçımızın təşviqatına, təbliğatına, nazirlər kabinetinin qərarlarına qiymət verirlər. Ailəmlə bütün bu proseslərə layiqincə diqqət edirik. Tanışlarımıza, hər kəsə söyləyirik ki, qorunsunlar, məsafə saxlasınlar, yoluxmasınlar. İnanın iki ay evdən çıxmadım.
Təcili bir şey üçün məcbur qalanda əlcəklə, tibbi maskalarla getmişəm. Şükür Allaha ailəmdə yoluxma olmadı. Xərçəng olduğum üçün mənə daha pis təsir edə bilərdi. Çalışdıq ki, özümüzü qoruyaq. Hamıya da məsləhət gördük ki, ehtiyatlı olsunlar”.
Son olaraq Tünzalə xanım dedi ki, uşağı az yaşlı olduğuna görə evdə qalır, xəstəxanaya yalnız terapiyalar üçün gedir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region