“Trt World Citizen” Gala gecəsi...
Yusif Nəzərli
17:13 26.11.2022
Mədəniyyət
743
Dünən İstanbuldakı “Divan Kuruçeşme” otelində TRT-nin önəmli sosial məsuliyyətli
təşəbbüsləri arasında olan və 2017-ci ildən “pozitiv dəyişimə ilham olmaq” prinsipi ilə yola
çıxan 2020 və 2021-ci ili qazananlar “Trt World Citizen” mükafatlandırma qala gecəsi keçirildi.
Dünyanın müxtəlif ölkələrindən olan, cəmiyyətlərinə qlobal miqyasda böyük töhfələr vermiş
insanlara 5 fərqli kateqoriyada verilən mükafatlar, şəxslərin öz hekayəlrini dünyaya
çatdırmalarına və pozitiv dəyişimə ilham olmalarına təsir edir. Gecədə çıxış edən TRT rəhbəri
Mehmet Zahid Sobacı mükafata layiq görülənləri təbrik edərək, layihənin əhəmiyyətindən
danışdı və Trt-nin müasir dövr üçün belə mühüm məsələlərə həssas yanaşdığını vurğuladı.
Mükafat alanlar arasında ən çox diqqətimi çəkən Malayziyalı bir müəlim - Samuel İsaiah oldu.
O, öz ölkəsinin ucqar bir dağ kəndində assimilyasiya ilə mübarizə edən bir topluma müəllimlik
edərək, onların gəncləri ilə sıx əlaqələr qurur, mədəniyyətlərini öyrənir və onlara öz
potensiallarını görüb, onu dəyərləndirmələrinə nail olur və onların müasir texnologiyalar
səviyyəsinə gəlib çatmasına ən böyük dəstəkçi olur. Düşünürəm ki, məhv omaqda olan bir
topluma ən böyük yardım onları elmi cəhətdən inkişaf etdirmək, cəhalətdən çıxartmaqdır, çünki
inkişafın təməlində elm, bilik dayanır, bu işin də memarı vicdanlı müəllimlərdir.
Proqramın sonunda Zahid Sobacıyla söhbətimizdə Azərbaycana olan sevgisindən danışdı və
Azərbaycan dövləti ilə bərabər bəzi layihələri birlikdə həyata geçirəcəklərini vurğuladı.
Yaqut Misirxanlı
İstanbuldan xüsusilə “Şərq” qəzeti üçün
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm