"Türkiyədə də ən çox tənqid olunan Cem Yılmazla Acundur"
Yusif Sultanoğlu
07:28 09.07.2020
Mədəniyyət
1258
Elməddin Cəfərov: "Tərəziyə qoyub, öz filmlərimizi pisləməklə alınmayacaq. Niyə xaricdən kiməsə oxşamalıyıq?"
"İnsanlar klaviatura arxasında olanda haqla, savadla, düşüncə ilə deyil, göbəkdən aşağı, zəhərli sözlərlə fikir bildirir"
Yeni əsrə qədəm qoyduğumuz gündən cəmiyyətdə mədəniyyətimiz haqqında müxtəlif fikirlər formalaşıb. Hamı texnologiyalar dövründə ərsəyə gələn filmlərin, musiqilərin əsərlərin yetərsiz olduğunu düşünür. İnsanların gözü keçmişi axtarmağa davam edir. Yaranmış situasiyaya rəğmən yeni nəsil müasir işlər görüb, istedadlarını nümayiş etdirməyə çalışırlar. Əfsuslar olsun ki, onların yaxşıları da pislərlə bir yerdə tənqidlərə tuş gəlir. Sözün əsl mənasında “Qurunun oduna yaş da yanır”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış aktyor, senarist Elməddin Cəfərov bildirib ki, ümumiyyətlə, sosial şəbəkədə rəy yazan istifadəçilərdə aqressiya var:
“Məsələn, paylaşım edəndə, hətta siz bu yazını yayımlayanda belə aqressiv şərhlər gələcək. Çünki insanlar klaviatura arxasında olanda haqla, savadla, düşüncə ilə deyil, göbəkdən aşağı, zəhərli sözlərlə fikir bildirir. O ki qaldı filmlərin, serialların inkişafını futbol klubuna bənzədirəm. Bizdə səbirsizlik var, istəyirik ki, futbol klubu yarandığı gün çempionlar liqasının qalibi olsun. Bu mümkün deyil. Eləcə də kino sahəsində zaman lazımdır, formalaşmalıdır, senaristlər, aktyorlar yetişməlidir, yeni nəsillə ayaqlaşmalıdır. İndi sosial media gündəmdədir, internetdə güclü fəaliyyət göstərilir. Müxtəlif platformalarda filmlərə baxmaq olur. Bizi də həmin “Oskar” və s. mükafatlar alan kinolarla bir tərəziyə qoyurlar. Əvvəla, o serialların bir buraxılışının büdcəsi beş milyondur, amma bizdə yüz bölümü bir milyona çatmır. Yəni bunlar müqayisəlik söhbətlər deyil. Amma edirlər, səbrlə o yazılara baxıram. Məsələn, Qarabağ futbol klubunun uğurları göz qabağındadır. Amma anlayışı olmayan insan onu "Real-Madrid"lə bir tərəziyə qoyur“.
Elməddin bəy çox danışmaq istəmədiyini qeyd edərək, belə söyləyib:
“Bilirəm, rəy bölməsində məni də qaralayacaqlar. Yeri gəlmişkən deyim ki, kütlədə mövcud olan aqressiya bəzən səbirsizlikdən yaranır. Belə hallar bizdə də, Türkiyədə də var.
Orda ən çox tənqid olunan Cem Yılmazla Acun Ilıcalıdır. Həqiqətən iş görən adamlardır, amma onların şərəf, ləyaqətinə toxunulur, təhqir edilirlər. İstiqanlı millətik, yəqin ki, Şərqin verdiyi xüsusiyyətdir.
Ona görə bu olmamalıdır. Zaman tanımalıyıq, gözləməliyik, səbr etməliyik. Yaradıcılıqla məşğul olan adamlara ruh verməliyik, "halaldır, Azərbaycan məhsuludur" deməliyik. Kütlə bunun üzərinə getsə hər şey yaxşı olacaq. Amma tərəziyə qoyub, öz filmlərimizi pisləməklə alınmayacaq.
Niyə xaricdən kiməsə oxşamalıyıq? Özümüz olaq, kəndimizə dəyər verək. Vallah, avropalılar özlərini qiymətləndirərək bu günlərə gəlib. Ona görə də üzərində işləmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə