
Abort Azərbaycanda da qanunla qadağan edilə bilər - MÜNASİBƏT
02:52 29.12.2023
Cəmiyyət
1123
Bu tək ailənin seçimi deyil, ölkənin demoqrafik vəziyyətinə təsir edən bir haldır
Rusiya və Moskva patriarxı Kirill federal səviyyədə abortların qadağan olunmasını təklif edib. Onun fikrincə, həkimlər qadınlarda hamiləliyi pozmaq fikri oyadır, bunu dəstəkləyir və bunda maddi maraqları var: “Rusiya ərazisinə görə dünyanın nəhəng ölkəsidir, amma əhali sayı çox azdır. Şükür ki, qanuni səviyyədə abortların azaldılmasına doğru bəzi təkliflər irəli sürülür, addımlar atılır. Amma yenə də Rusiyada abortlar əvvəlki illərdən qat-qat çoxdur. Moldovada olan abort qadağasının digər regionlarda da olacağına ümid edirəm.
Hazırda Rusiyada populyasiya və demoqrafik böhran var. Həqiqətən biz daha çox insana ehtiyac duyan ölkəyik. Həkimlərin qadınları aborta təşviq etməsi isə cinayətdir”.
Qeyd edək ki, son illər Azərbaycanda da abortların sayının artması ciddi narahatlıq doğurur. Xüsusən də, selektiv abortlarla bağlı ekspertlər həyəcan təbili çalır.
Sosioloq Lalə Mehralı da “Sherg.az"a açıqlamasında qeyd edib ki, abort Azərbaycanda da qanunla qadağan edilməlidir. Azərbaycanda 13-cü həftəyə qədər hamiləliyi sonlandırmağın mümkün olduğunu vurğulayan sosioloq deyib ki, 14-cü həftədən sonra canlı dölü abort etməyə icazə yoxdur:

“Azərbaycanda ailələrin maarifləndirilməsi, arzuolunmaz hamiləlikdən qorunmaqla bağlı məlumatlandırılması effektiv nəticə vermədi. Dəfələrlə rast gəlmişəm ki, qadın məsləhətxanalarında qadınlara broşürlər verilir və onun üzərində hamiləlikdən qorunmaq üçün müxtəlif üsullar qeyd edilir. Abort kifayət qədər bahalı prosedurdur. 300-500 manat arasında dəyişir qiymətlər. Halbuki cəmi 100-150 manata hamiləlikdən 90 faiz qoruyan uşaqlıqdaxili spiral həm büdcələrinə uyğundur, həm də zərərsizdir. Etinadsızlıq və yaxud cahillikdən qadınlarımız bu çağırışlara əhəmiyyət vermir. Abort sadəcə cərrahi bir prosedur deyil. Bir insanın qəsdən başqa bir insanı öldürməsi deməkdir. Doğulub-doğulmamasından asılı olmayaraq 13 həftəliyindən etibarən bütün orqanları ilə böyüyən bir varlıqdır. Onu məhv eləmək də insan öldürmək kimi cinayət hesab olunmalıdır. Onu da deyim ki, bu mövzuda prinsipial mövqe ortaya qoyub abortdan imtina edən vicdanlı həkimlərimiz var. Lakin əksəriyyət 13-cü həftəyə qədər olan hamiləlikləri sonlandırmağı qanunla qadağa olmadığını əsas gətirərək bu prosesə razılıq verir. Deməli, selektiv abortların qarşısını almaq, ümumilikdə abort statistikasını azaltmaq üçün qanundakı müvafiq maddəyə yenidən baxılmalıdır. Abort artıq sadəcə bir ailənin seçimi deyil, bu, ölkənin demoqrafik vəziyyətinə təsir edən bir haldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm