
İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək - ANALİTİK
Yusif Nəzərli
14:17 08.06.2025
Gündəm
550
ABŞ vətəndaşları İlon Maskı siyasi lider kimi qəbul etməyə hazır görünürlər.
ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskı Demokratlar Partiyasını maliyyələşdirəcəyi təqdirdə “çox ciddi nəticələrlə” qarşılaşacağı barədə xəbərdar edib. “NBC News”a müsahibəsində Tramp Maskı prezidentlik institutuna hörmətsizlikdə ittiham edib və onların şəxsi münasibətlərinin artıq başa çatdığını bildirib.
Tramp deyib ki, əgər Mask Demokratlara dəstək versə, bu, onun şirkətlərinin, xüsusilə də “SpaceX”in hökumət müqavilələrindən kənarlaşdırılması üçün əsas ola bilər. O, həmçinin federal büdcənin ən böyük qənaətinin Mask üçün nəzərdə tutulan subsidiyaların ləğvi olacağını vurğulayıb və Baydenin bunu etmədiyinə təəccüb etdiyini qeyd edib.
Qeyd edək ki, Mask bu yaxınlarda Respublikaçıların təqdim etdiyi büdcə qanun layihəsini sərt şəkildə tənqid edib və “X” platformasında Trampın impiçmentinə çağırış edən paylaşım edib (sonradan silinib). ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə Maskın bu addımını “nüvə zərbəsi” adlandıraraq, onun artıq Trampın siyasi düşərgəsinə qayıda bilməyəcəyini bildirib. Tramp və Mask arasında gərginlik mayın 5-də açıq qalmaqalla nəticələnib. Tramp Maskdan “məyus olduğunu” bildirərək onu “dəli” adlandırıb. Mask isə cavabında bu ifadəni “açıq yalan” və “kədərlidir” kimi dəyərləndirib. Mübahisənin fonunda İlon Mask yeni siyasi partiya yaratmaq niyyətini də açıqlayıb.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, Amerika Birləşmiş Ştatlarında qeyri-sabitliyin olması heç də dünyanın, o cümlədən bizim xeyrimizə deyil:
“Çünki bu dövlət həqiqətən də dünyanın hər tərəfində, xüsusilə də münaqişə bölgələrində əsas söz sahibidir. Təəssüflər olsun ki, Donald Trump prezidentliyə başladıqdan sonra ABŞ bu roldan faktiki olaraq imtina etməyə başlayıb. Rusiyanın Ukraynaya təcavüzü qarşısında ABŞ təslimçi mövqe nümayiş etdirir. Bu fonda İlon Mask ilə Donald Trump arasında yaranan münaqişə ABŞ-ni daxildən ciddi şəkildə sarsıda bilər. Artıq İlon Mask özünün siyasi partiyasını qurmaq təşəbbüsünü elan edib. Sorğular da göstərir ki, əgər o bu partiyanı yaratsa, cəmiyyətin ciddi dəstəyini qazana bilər. Yəni ABŞ vətəndaşları İlon Maskı siyasi lider kimi qəbul etməyə hazır görünürlər. Bu isə ölkə daxilində dərin təlatümlərə səbəb olacaq. Eyni zamanda, İlon Maskın dünyaya təsir imkanlarını da nəzərə alsaq, belə bir vəziyyətin yaxşı nəticələrə gətirib çıxarmayacağını demək mümkündür. Faktiki olaraq, texnologiya şirkətləri vasitəsilə dünyanın hər yerində təsir imkanlarına sahib olan, kosmosdan belə Yer kürəsinin böyük bir hissəsinin idarə olunmasına təsir gücü olan bir şəxsin ABŞ kimi qlobal gücün prezidenti ilə münaqişəyə girməsi yalnız həmin ölkənin deyil, digər dövlətlərin və xalqların da taleyinə təsir edə bilər. Biz arzu edərdik ki, bu gərginlik dərinləşməsin. Əslində İlon Mask əvvəlki fəaliyyəti ilə, yəni texnologiya və innovasiya sahəsində gördüyü işlərlə məşğul olsa, bu həm ABŞ, həm də dünya üçün daha faydalı olar. Əgər o, siyasətə, özü də iddia etdiyi kimi, sürətlə daxil olmağa qərar verərsə, artıq dünya ciddi təlatümlərə hazır olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya