İran mediasında Azərbaycana qarşı ittihamlar hakimiyyətin göstərişidir - ŞƏRH
Yusif Nəzərli
08:17 27.06.2025
Gündəm
479
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.
Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib.
Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.
Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.
Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sherg.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Əliyevin Pezeşkianla telefon söhbəti Azərbaycanın İran-İsrail müharibəsində tərəf olmadığını, o cümlədən, İranda “Azərbaycan İsrail dəstək verib” iddialarına qarşı mövqeyin bir daha sərgilənməsi baxımından əhəmiyətlidir.:
"Əsas diqqətçəkən məqam İran tərəfinin telefon söhbətini fərqli formada təqdim etməsi, xüsusilə “Pezeşkian Əliyevdən İsrail PUA-larının Azərbaycan səmasından İrana daxil olması haqqında bəzi xəbərlərin araşdırılmasını istəyib” qeydidir. Bu qeydlə İran tərəfi etiraf edir ki, mediada müharibəyə görə Azərbaycana qarşı irəli sürülən iddia və ittihamlar hakimiyyətin göstərişidir";
A. Nərimanlı vurğulayır ki, İranın məqsədi yeni “günahkar”lar tapmaqla məğlubiyyətin məsuliyyətindən yayınmaq və “Azərbaycan Təbrizin bombalanmasında iştirak etdi” iddiaları ilə Güneyin ictimai rəyini manipulyasiya etməkdir:
"Və “qələbə eyforiyası”nın səngiyəcəyi, müharibənin nəticələrinin müzakirə ediləcəyi qarşıdakı dövrdə eyni iddia-ittiham kampaniyasının müxtəlif səviyyələrdə davam etdiriləcəyi istisna deyil. Pezeşkianın bu iddialara istinad etməsi/etdirilməsi də kampaniyanın aktuallığının saxlanılmasına hesablanıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi