Bizim televiziyalar da canlı reportajlar verməlidir
05:43 29.10.2020
Media
1134
"Bərdə və Gəncədə baş verən erməni terrorları zamanı mediamızın operativlikdən kənarda qaldığının şahidi olduq. Türk mediası isə həmin hadisələr zamanı birbaşa efirdə idilər".
Bu sözləri tanınmış jurnalist Elçin Şıxlı "Şərq"ə açıqlamasında bildirib. O qeyd edib ki, müharibə dönəmində baş verənlər mediamızda müəyyən qüsurların hələ də mövcud olduğunu göstərdi:
"Azərbaycan mediası dünyaya düzgün və operativ məlumat verməsə, ermənilər hər mənada bundan yararlanacaq. Bir çox media orqanlarımız həmin ərazilərdə olsalar da, nədənsə, onlara təhlükəsizlik baxımından birbaşa reportaj aparmağa icazə vermirlər. Səbəb kimi düşmən koordinatları görərək həmin ərazilərin vurulması göstərilir.
Təbii ki, bununla birmənalı şəkildə razıyam. Amma bu zaman sual yaranır ki, nə üçün türkiyəli həmkarlarımıza birbaşa reportaj aparmaq üçün icazə verilir? Bizimkilər isə çəkirlər, sonradan onu efirə verirlər. İkinci məqam isə ondan ibarətdir ki, türk həmkarlarımız çəkiliş aparanda nə üçün təhlükəli olmur, amma bizdə olur?
Yəni burada problemlər çoxdur. Bu göstərişi verənlər nəyə görə, nə üçün, hansı məqsədlə veriblər? Əgər türkiyəli jurnalistlərdə təhlükəsizlik baxımından xüsusi avadanlıqlar varsa, bəs bizdə niyə yoxdur? Bütün bunlar müzakirə olunmalıdır. İnşallah, torpaqlarımız işğaldan azad olunduqdan, Vətən müharibəsi qələbə ilə nəticələndikdən sonra bu məsələlər daim diqqətdə olacaq. İlk növbədə medianın vəziyyəti ilə bağlı xüsusi tədbirlər görülməlidir".
E.Şıxlı bildirib ki, bu gün həm də informasiya müharibəsidir:
"Bu gün informasiya müharibəsinin önündə gedən ölkə Prezidentidir. Hər gün neçə-neçə xarici mətbuata müsahibə verir, hadisələrin əsl səbəbini izah edir.
Habelə, Prezidentin köməkçisi Hikmət Hacıyevin, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazovun da çıxışılarını yüksək dəyərləndirirəm. Öz işlərinin öhdəsindən layiqincə gəlirlər.
Xüsusilə onların xarici dillərə sahib olması və xarici medianı daim məlumatlandımaqları təqdirəlayiqdir və bütün bunlar müsbət addımlardır.
Amma bu, informasiya müharibəsinin bir tərəfidir. Medianın strukturu isə tam başqadır. İnanıram ki, tezliklə medianın problemlərinin həll olunması istiqamətində müsbət addımlar atılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm