Eyni gəmidəyik !- “İnformasiya savaşında diqqətli olaq” - Bir səhv onlarca düzü aparır !
Banuçiçək Kalbalıyeva
09:39 22.09.2020
Media
2103
“Ona görə informasiya təhlükəsizliyi məsələsi ilə trollar, bloqerlər yox, peşəkarlar məşğul olmalıdırlar”
“Bu işdəki qeyri-professionallıq böyük riskdir”
“İnformasiya təhlükəsizliyi məsələsinə yenidən baxılmalı, parametrlər təzədən müəyyənləşməlidir”
Şəmkirdəki növbəti düşmən təxribatından sonra informasiya müharibəsində də ciddi məqamlar müşahidə olunur. Belə ki, sosial şəbəkələrdə türk adı ilə qeydiyyatdan keçən ermənilər bizdən informasiya almağa çalışırlar. Bu günlərdə oxşar cəhdin qarşısı alınıb, düşmən ifşa edilib. Amma istənilən halda həyəcan siqnalı çalmaq və informasiya müharibəsində diqqətli, fəal olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, müasir dövrdə qələm, klaviatura, flaş-kart “kalaşnikov”lar, snayperlər, raketlər qədər güclü silahdır.
Silahla isə zarafat olmur. O, ya düşmənə tuşlanmlı, ya da saz vəziyyətdə yerində qalmalıdır.
İnformasiya müharibəsi ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert, "Azərbaycan ordusu" qəzetinin keçmiş baş redaktoru İbrahim Rüstəmli söyləyib ki, bu məsələdə həssas davranmaq hər birimizin vətəndaş məsuliyyətidir:
“İndi hamımız eyni gəmidəyik. Yəni birimizin ən kiçik səhvi bütöv cəmiyyət üçün təhdid yarada bilər. Ona görə informasiya təhlükəsizliyi məsələsi ilə trollar, bloqerlər yox, peşəkarlar məşğul olmalıdırlar.
Bu işdəki qeyri-professionallıq böyük riskdir. İnformasiya təhlükəsizliyi sahəsindəki adi bir səhv cəbhədəki onlarca əsgərin həyatı üçün təhlükədir.
Müharibə başlayacağı təqdirdə hamımız müsəlləh əsgər olacağıq. Şəxsən mən uzun müddət ordu sıralarında xidmət edən hərbçi və medianı kifayət qədər bilən təcrübəli jurnalist kimi belə səhvin qurbanı olmaq istəmirəm.
Xüsusi olaraq qeyd edim ki, ermənilərin informasiya təhlükəsizliyi güclü deyil. Sadəcə bizimki arzuolunan səviyyəyə çatmayıb. Vuğuladığım kimi, məsələyə peşəkar yanaşma lazımdır.
Ümumiyyətlə, informasiya təhlükəsizliyi məsələsinə yenidən baxılmalı, parametrlər təzədən müəyyənləşməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media