Fransada “TF-1”ə təzyiqlər: Demokratiya “beşiyi”ndə həqiqət carçıları boğulur!
15:08 03.11.2020
Media
1438
“Jurnalistin yazdığından xoşlanmaya bilərsən, amma o, sənin arzuladığını deyil, doğruları yazmalıdır"
“Media nümayəndəsinə qarşı nifrət kampaniyaları yaratmaq, onları hədələmək, çalışdığı quruma müxtəlif təzyiqlər göstərmək qəbuledilməzdir”
Vətən müharibəsidir. Çətin, eyni zamanda qürur dolu günlər yaşayırıq. "Dost dar gündə tanınar"- ifadəsi elə bu günümüz üçün ölçülüb-biçilib sanki. Bizim üçün dost da, düşmən də elə bu günümüzdə seçilir. Hər kəsin tutduğu mövqe onun dost, ya da düşmən olduğunu açıq-aşkar ortaya qoyur.
Haqqın deyil, nahaqqın yanında olanların ya şəxsi maraqları var, ya da "satılıblar". Haqqın yanında olub, onun haqq səsini də dünyaya çatdıranların "səsini boğmaq" elə öz maraqları üçün çalışanların və satılmışların işidir.
Elə bu yaxınlarda Fransanın "TF-1" kanalının oktyabrın 17-də erməni vandalizminin törətdiyi "Gəncə terroru" haqqında gerçəkləri təqdim etdikdən sonra təzyiqlərə məruz qalması Fransanın Azərbaycana qarşı necə qərəzli mövqe tutduğunu bir daha ortaya qoyur.
Erməni lobbisinin güclü olduğu Fransa doğrudan da, demokratik ölkədirsə, mətbuat azadlığını boğmamalı, dövlətinin qərəzli çıxışlarını mətbuata təzyiq göstərərək büruzə verməməli idi.
Heç kimə sirr deyil ki, izləyicilərinə həqiqətləri çatdıran "TF-1" təzyiqlərə məruz qalan telekanal deyil. Buna görə ayrı-ayrı məşhur KİV-də təqib və təzyiqlərə məruz qalır. Bəziləri isə jurnalistika prinsipi və etikasına zidd şəkildə, birtərəfli mövqe sərgiləyirlər.
Bu məsələ barədə “Sherg.az”a danışan media eksperti Zeynal Məmmədli diqqətə çatdırıb ki, bu cür hallar çox olur və belə davam etsə, analoji hadisələrin sayı çoxalacaq:
“Biz onları bir məqamda qınaya bilərik, yəni sən jurnalistdən narazı ola bilərsən, onun yazdığından xoşlanmaya bilərsən.
Amma jurnalist sənin arzuladığını deyil, doğruları yazmalıdır. Onun peşə borcudur ki, doğruları çatdırsın. Bu, birinə xoş gələr, başqasına isə naxoş.
Lakin jurnalistə qarşı nifrət kampaniyaları yaratmaq, onları hədələmək, eyni zamanda çalışdığı quruma müxtəlif təzyiqlər göstərmək qəbuledilməzdir.
Bu gün kiminsə nüfuzu, maddi imkanı varsa, həmin jurnalistin yazısını və ya videosunu həmin saytdan sildirmək, onu işdən qovdurmaq və hətta ölümlə belə hədələmək mümkündür.
Amma jurnalisti qorumaq üçün aidiyyəti qurumlar mütləq fəaliyyət göstərməlidir. Jurnalistin təqib və təzyiqlərdən qorxmaması üçün həmin qurumlar onu müdafiə etməlidir. Əks halda bu çox pis forma alar və həmin hədələr gerçəkləşə bilər. Daha sonra jurnalistlər konfliktlərlə bağlı doğruları yazmaqdan çəkinər. Və bu da, şübhəsiz ki, biz və bizim kimi ölkələr üçün mənfi xarakter daşıyar".
Ekspert, həmçinin Fransada yaşayan ermənilərin və diasporlarının da bu ölkəyə təsir göstərdiyini vurğulayıb:
"Rəsmi Parisi fransız xalqından ayırmaq lazımdır.
Fransada çox böyük erməni diasporu var. Onların saylarının çoxluğu və maliyyə bazaları da Fransada üstünlük təşkil edir. Bu halda onların ictimai rəyə təsir etmək gücləri olur. Və şübhəsiz ki, rəsmi Paris də, orada yaşayan ermənilər də, müxtəlif xristian ölkələri də onları dəstəkləyir".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat
Fərhad Məmmədov: Ermənilərlə bu görüşün simvolik mənası odur ki...
15:31 11.04.2026
Gündəm
ABŞ mətbuatı yazdı: “Çindən İrana səssiz dəstək”
15:01 11.04.2026
Dünya