Lakin çap mətbuatının həm də tarixi ənənə olduğu unudulmamalıdır. Elə isə nə etməli? Gərək ya işimizi dəyişək, ya oxucumuzu...
İflasın astanasındayıq: “Yayım bərbad, kağız baha, reklam yox...”
Banuçiçək Kalbalıyeva
10:19 11.02.2021
Media
1029
“Bütün imkanlarla qəzetçiliyi yaşatmağa çalışmalıyıq”
“Çap mətbuatı sıradan çıxmamalıdır. Lakin indiki şəraitdə qəzet çıxarmaq, həqiqətən, qəhrəmanlıqdır”
“Çünki digər ölkələrə nisbətən Azərbaycanda KİV-ə böyük kapital qoyulmadı”
Qəzetlərin mövcud vəziyyəti göz önündədir. Obyektiv və subyektiv səbəblərdən çap mətbuatı tədricən öləziyir. Bu isə əsl jurnalistikanın məhz qəzetçilikdən başlandığını aydın dərk edən jurnalistlərin nigaranlığını hər ötən gün daha da artırır. Doğrudanmı, qəzetçilik artıq sıradan çıxmalıdır? Yaşamalıdırsa, necə, hansı şərtlərlə? Əlbəttə, informasiya təminatını həyata keçirməyin başqa yolları da var.
Lakin çap mətbuatının həm də tarixi ənənə olduğu unudulmamalıdır. Elə isə nə etməli? Gərək ya işimizi dəyişək, ya oxucumuzu...
“Yeni Müsavat” Media holdinqinin rəhbəri Rauf Arifoğlu qəzetçiliyin taleyi barədə “Sherg.az”a danışarkən məsələyə təsir edən məqamları sadaladı:
“Qəzet konkret əmtəədir. Ona görə, oxuya, əlimizə ala bilirik. Satış üçün şərtlər isə tamamilə fərqlidir. Gərək satıcı, paylayıcı olsun, lakin bu, yoxdur. Yayım sistemi bərbad vəziyyətdədir. Üstəgəl, redaksiyalar kasıb, çap məmulatları bahadır. Reklam bazarı yoxdur. Koronavirus pandemiyası isə vəziyyəti daha da pisləşdirdi. Potensial oxumuzu da itirdik. Belə bir şəraitdə qəzetçiliklə məşğul olmaq çox çətindir”.
R.Arifoğlunun fikrincə, bütün imkanlarla qəzetçiliyi yaşatmağa çalışmalıyıq:
“Əlbəttə, çap mətbuatı sıradan çıxmamalıdır. Lakin indiki şəraitdə qəzet çıxarmaq, həqiqətən, qəhrəmanlıqdır. Çünki digər ölkələrə nisbətən Azərbaycanda KİV-ə böyük kapital qoyulmadı. Nə yaxşı ki, multimedia vasitələrindən istifadə edərək oxucularımıza çata bilirik. Ən böyük problemlərdən biri də Reklam haqqında Qanunun tələbləridir. Ümumiyyətlə, hər şey qəzetçilərin əleyhinədir. Və mətbuat işçiləri olaraq iflasın astanasındayıq”.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm