İnfomasiya təxribatı ! - “Azərbaycanda “media döyüş otaqları” yaradılsın” – AKTUALDIR!
Banuçiçək Kalbalıyeva
11:03 13.10.2020
Media
1317
“Həmin “otaq”ların əhəmiyyəti ondan ibarətdir ki, hətta internet kəsilsə də, informasiya təminatını operativ həyata keçirmək mümkündür”
“Təxminən 50-60 nəfərlik bir komandanın “media döyüş otaqları”nda birləşib, düşmənin yaydığı dezinformasiyaların qarşısının anındaca alması, üstəgəl, onlara tutarlı cavablar verməsi mühümdür”
Erməni təxribatı təkcə dinc sakinlərin hədəfə alınması, mülki obyektlərin vurulması ilə kifayətlənmir. Bilmirəm, Paşinyanın ixtisasca jurnalist olmasındandır, ya nədəndirsə, düşmən sosial mediada ard-arda dezinformasiyalar yaymaqdan da çəkinmir. Hətta bununla fəxr edir. Mətbuat dili ilə desək, təkcə Ermənistan KİV-i yox, bütöv hərbi-siyasi hakimiyyəti reketçilik üzərində qurulub.
Paşinyan erməni jurnalistlərin, sosial şəbəkə istifadəçilərinin “başını o qədər yeyib” ki, onların reketçilik fəaliyyətləri artıq ölkə miqyası ilə kifayətlənmir. Bütün dünyaya yalan satmağa, bir qədər kobud dillə disək, sırımağa çalışırlar. Elə bilirlər, hər kəs öz ağıllarındadır. Baş naziri də qınamq olmaz, bəlkə, özünün bildiyi yalandan, reketçilikdən başqa bir şey deyil.
Düşmənin informasiya məkanındakı təxribatları barədə “Sherg.az”a danışan İKT mütəxəssisi Səbuhi Abbasov ideal mübarizə üsulunu göstərdi:
“Senytabrın 27-dən etibarən başlanan hərbi-siyasi təxribat həm də informasiya məkanında davam edir. İşğalçı müxtəlif İKT alətlərindən yararlanaraq bizə mənəvi zərbə vurmağa, çaxnaşma yaratmağa çalışır.
Ancaq səmimiyyətlə və əminliklə deyə bilərəm ki, son beş ildə bizdə İKT sektoru çox inkişaf edib. Dörd il əvvəlki aprel, builki iyul döyüşlərində də bunu gördük. İndi internetdə məhdudiyyətlərin olması o demək deyil ki, geri çəkilməliyik. Əksinə, düşmənə həm cəbhədə, həm də informasiya məkanında qalib gəlirik.
Bunun nəticəsədir ki, müxtəlif beynəlxalq təşkilatların Dağlıq Qarabağ həqiqətləri barədə bəyanatları ölkmizdə böyük rezonans doğurur və dərhal reaksiyaya səbəb olur.
Biz bunu CNN, BBC kimi beynəlxalq KİV orqanlarının fəaliyyətində, o cümlədən türk və rus mediasında görürük. Düzdür, bəzən istifadəçilərin qeyri-peşəkar rəylərinə rast gəlinir.
Amma əvvəlki illərə nisbətən istifadəçilər arasında xeyli professionallıq sezilir. Sosial mediada mübarizə ciddi məsələdir. Bu işdə QHT-lərin xüsusi rolu var. Mən hələ 2016-cı ildə təklif etmişdim ki, Azərbaycanda “media döyüş otaqları” yaradılsın. Bizim belə təşəbbüsə çox ehtiyacımız var. Həmin “otaq”ların əhəmiyyəti ondan ibarətdir ki, hətta internet kəsilsə də, informasiya təminatını operativ həyata keçirmək mümkündür.
Bu məsələ indi də aktualdır. Təxminən 50-60 nəfərlik bir komandanın “media döyüş otaqları”nda birləşməsi düşmənin yaydığı dezinformasiyaların qarşısının anındaca alınması, üstəgəl, onlara tutarlı cavabların verilməsi baxımından mühümdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm