Jurnalistlər də Vətən müharibəsinə qoşulub - Əməkdaşımız onların izinə düşdü
Yusif Sultanoğlu
09:27 07.10.2020
Media
1634
Hər gün millətimizə ordumuzun rəşadəti, dövlətimizin düzgün siyasəti nəticəsində əvəzsiz sevinc və qürur bəxş olunur. Cəbrayılın işğaldan qurtuluşu, Füzulinin bir sıra kəndlərinin azad olunması, Suqovuşanın, Murovun azadlığı ilə sanki yenidən doğulduq.
Sıravi vətəndaşların orduya dəstəyi, könüllü dəstələrin cəbhəyə yola düşməsi isə sözün əsl mənasında ürəyimizi dağa döndərir. Əsgərlər üçün yeməklər hazırlayıb göndərənlər, gülə-gülə vuruşmağa gedənlər millətimizin məğrurluğunu dünyaya nümayiş etdirir.
Vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəs Vətən uğrunda döyüşə hazır olduğunu dilə gətirir. İndi yaxınlarımız, tanışlarımız bir-bir silaha sarılmaq üçün yola düşürlər.
Bir də silahları qələm, mikrofon olan media nümayəndələri var. İllərdir söz cəbhəsində savaşan həmkarlarımız da döyüş meydanına yollananlar sırasındadır. Kimisi hər zamankı informasiya savaşını davam etdirmək, kimisi isə düşmənlə qarşı-qarşıya vuruşmaq üçün gedib.
“Sherg.az” da sorğu keçirərək, cəbhəyə yollanan həmkarlarımızı soraqlayıb.
Dördüncü hakimiyyət sayılan jurnalistikadan səngərdə kimlər var?
Sualımızı cavablandıran “Teleqraf Holdinqin” direktoru Aynur Camalqızı əvvəla son dərəcə ürəkaçan və qürurverici prosesdən keçdiyimizi vurğulayıb:
“İnsanlar həvəslə müharibəyə getmək istəyirlər. Başqa vaxt uşaqlarını hərbi xidmətdən yayındırmaq istəyən valideynlər, indi toya-bayrama göndərirmiş kimi öz oğullarını cəbhəyə yola salırlar. Çox sevindirici haldır. Bu, ölkədə əhalinin, xalqın yüksək əhval-ruhiyyədə olduğunun göstəricisidir. O ki qaldı mövzuya, əməkdaşlarımızdan iki nəfərə çağırış gəlib.
Onlardan biri “Axar.az” saytının redaktoru, tanınmış jurnalist, şair Aqşin Evrəndir. Digəri isə Eşqin Məmmədli “video editor” vəzifəsindədir. Yaxın günlərdə cəbhəyə yola düşəcəklər. Könüllü olaraq səfərbərlik və hərbi xidmətə çağırış komitəsinə müraciət edən əməkdaşlarımız da var. Amma onlara gözləmək tövsiyə olunub. Bildirilib ki, cəbhəyə aparılmasına ehtiyac yoxdur. Zərurət yaransa müraciət edəcəklər.”
Əməkdar jurnalist Vüsalə Mahirqızı isə “APA-Holdinq”in iki əməkdaşının cəbhədə xidmət etdiyini söyləyib:
“Cənab Prezident iyul ayında çağırış edəndə əməkdaşlarımızın xeyli hissəsi, hərbi komisarlıqlara gedərək adlarını yazdırıblar. Onlardan ikisinə çağırış gəlib. Biri bizim “vesti.az” saytının yazarı Fərid Teymurxanlıdır. Digəri isə informasiya və texnologiyalar departamentinin əməkdaşı Ehtiram bəydir. Hazırda döyüşdədilər. Eyni zamanda cəbhə bölgəsində üç heyətimiz fəaliyyət göstərir. Bu gün dünya mediasının Azərbaycanla bağlı xəbərlərə ən çox istinad etdiyi media qurumlarından biriyik. Ordan bizə inormasiyaları çatdıran əməkdaşlarımız, fotoqraflarımız, müxbirlərimizdir. Mən onları da döyüşçü hesab edirəm. Çünki bu günlər ərzində həyatlarını təhlükəyə atıblar. Bir az əvvəl Türkiyənin Anadolu agentliyi təhlükə qarşısında olan fotoqraflar haqqında xəbər yaymışdı. Onlardan biri də bizim əməkdaşımızdır. Eyni zamanda üç cəbhə istiqamətində 7 əməkdaşımız, sentyarın 27-dən etibarən fəaliyyətdədirlər. Ümid edirik ki, qəhrəman ordumuz müzəffər yürüşünü davam etdirəcək, biz də işğaldan azad olunmuş ərazilərdə qələbə xəbərini çatdıran agentliklərdən biri olacağıq.”
“Modern.az” saytının redaktoru Əfqan Qafarlı bildirib ki, hələlik döyüşə çağırılan əməkdaşları yoxdur:
“Çünki səfərbərlik üçün elan olunmuş yaş həddini keçən əməkdaşlarımız var. Amma hamımız hazırıq. Çağırsalar içi mən qarışıq hər birimiz cəbhəyə yola düşərik.”
“Report” informasiya agentliyinin redaktoru İsmayıl İsmayılov jurnalistlərin adını çəkə bilməsə də, onlardan bir neçə nəfərin cəbhə bölgəsində olduğunu deyib:
“Həm müxbirimiz, həm də döyüşçü kimi xidmət edən əməkdaşımız var.”
Son olaraq hazırda silaha sarılıb Vətən uğrunda vuruşan “Oxu.az” saytının əməkdaşı Aqşin Kərimovun qardaşı Murad Kərimovla əlaqə saxladıq. Əvvəlcə həmkarımızın özü ilə danışan Murad bəy, onun sözlərini birbaşa bizə çatdırdı:
“Hər şey yaxşıdır, əhval ruhiyəmiz çox yüksəkdir. Və böyük ümidlərlə burdayıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media