"Kamil Şahverdiyev televiziyanı bilən adamdır"
01:40 16.02.2021
Media
1832
Qulu Məhərrəmli: "Ümid edirik ki, gələcək zamanlarda telekanalda dəyişikliklər olacaq"
"Vaqif Mustafayev nə qədər yaxşı kinorejissor olsa da, bir o qədər pis televiziya işçisi idi"
"Space" TV-nin yeni rəhbəri Kamil Şahverdiyev təyin olunub. O, Rəşid Behbudovun kürəkəni, eləcə də əfsanəvi müğənninin adını daşıyan Fondun direktorudur. Qeyd edək ki, kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.
Bununla bağlı "Şərq"ə açıqlama verən media eksperti Qulu Məhərrəmli qeyd edib ki, hazırda "Space" TV günümüzün ən zəif kanallarından biridir:
"Vaqif Mustafayevi "Space" TV-nin rəhbəri vəzifəsindən uzaqlaşdırmaq çox düzgün qərardır. Çünki o, nə qədər yaxşı kinorejissor olsa da, bir o qədər pis televiziya işçisi idi. Fikrimcə, onun televiziyanın ictimai-sosial funksiyası haqqında dolğun və dəqiq təsəvvürü olmayıb. Televiziyaya ev kinosu kimi yanaşmağı həm onun nümayişinə, həm də verilişlərə müəyyən qədər təsir edib. Bunun üçün də hazırda kanal günümüzün ən zəif və baxımsız kanalıdır".
Qulu bəy ümid edir ki, bundan sonra bəlkə "Space" telekanalında bir dönüş olar:
"Kamil Şahverdiyev televiziya sahəsində çox çalışıb. O, televiziya verilişlərinin istehsalı prosesini bilən adamdır. Bu səbəbdən ümid edirik ki, gələcək zamanlarda telekanalda dəyişikliklər olacaq. Kamil Şahverdiyevə uğurlar arzu edirik".
Aytac Ali
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm