Keçmiş sədr televiziyalardan məmnundur
21:24 09.02.2021
Media
738
"Bəzilərini izləyirəm, maraqlı layihələr, verilişlər çoxdur"
Azərbaycan televiziyalarında baş verən durğunluq keçən il müharibə başlayana qədər davam etdi. Yalnız Qarabağ müharibəsi başlayandan sonra kanallar qismən fasiləsiz və operativ işləməyə məcbur oldular. Bunun üçün də dövlət və özəl kanal rəhbərlikləri tərəfindən bir sıra islahatlar keçirildi. Lakin müharibə bitəndən sonra televiziya kanallarımız professor Cahangir Məmmədlinin də dediyi kimi öz keçmiş "adət-ənənələrini" davam etdirdilər.
Təbii ki, islahatlardan sonra bir sıra kanallar yeni çağırışlarla ayaqlaşa bildi. Bəziləri isə hələ də durğunluq dövrlərini yaşayırlar.
Televiziyalarda mövcud durumla bağlı fikirlərini "Şərq"lə bölüşən İTV-nin keçmiş sədri, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev "AZTV", "İctimai", "ATV, "Xəzər", "ARB" və s. televiziya kanallarından razılığını bildirdi və qeyd etdi ki, televiziyalarımız hazırda çox maraqlı layihələr həyata keçirir:
"Azərbaycanın televiziya məkanında çox maraqlı layihələr həyata keçirilir. Qeyd etmək istəyirəm ki, İctimai Televiziyanın çox maraqlı verilişləri var və mən onları izləyirəm. Azərbaycan Televiziyasının da çox maraqlı verilişləri var. Mən onların hər ikisində çalışmışam. Yəni ki, diqqəti cəlb edən, zövqlü və səviyyəli verilişlər çoxdur.
Özəl kanallar da çalışır ki, geridə qalmasın. Həmin kanalların da maraqlı layihələri var. Təbii ki, özəl TV-lərin özünəməxsus xüsusiyyəti var və onlar daha çox komediya xarakterli verilişlərə üstünlük verirlər. Çünki onlar vəsait qazanmalıdırlar.
Ümumiyyətlə, Azərbaycan televiziya məkanında canlanma var. Ən xoşagələn cəhətlərdən biri də budur ki, bu işlərə artıq gənclər cəlb olunur. Çünki Azərbaycan televiziyasının gələcəyi gənclərlə bağlıdır".
Əməkdar incəsənət xadimi Azərbaycan televiziyalarının Qarabağla bağlı maraqlı verilişlərin hazırlandığını, hazırda da kanallarımızda şəhidlərimiz, qəhrəman qazi və əsgərlərimiz haqqında təbliğedici verilişlərin mövcud olduğunu qeyd edib:
"Qarabağ, eləcə də qəhrəmanlıq mövzusunda bədii filmlər çəkilir. Əlbəttə ki, seriallar da çəkiləcək. Mədəniyyət Nazirliyinin də maraqlı layihələri var. Azərbaycan Kinofilm studiyasında da mövzu ilə bağlı bir neçə layihə istehsalata buraxılacaq.
Qarabağın azad olunması hər bir azərbaycanlı üçün müqəddəs bir mövzudur. Həmin məsələnin inkişafı, həmçinin, filmlərin səviyyəsi də yüksək olmalıdır".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm