MEDİA Teymur Əhmədovun vəfatı ilə bağlı nekroloq yayıb
15:28 16.03.2021
Media
658
Medianın İnkişafı Agentliyi (MEDİA) "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədovun vəfatı ilə əlaqədar nekroloq yayıb.
"Sherg.az" bildirir ki, nekroloqda deyilir:
"Azərbaycan media ictimaiyyətinə ağır itki üz verib. "Respublika" qəzetinin baş redaktoru, tanınmış alim, filologiya üzrə elmlər doktoru Teymur Əkbər oğlu Əhmədov 2021-ci il mart ayının 16-da ömrünün 90-cı ilində vəfat edib.
Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub.
Ədəbiyyata böyük maraq göstərən Teymur Əhmədov Bakı Dövlət Universitetinin filologiya fakültəsində, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.
Görkəmli jurnalist 1965-1968-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini, 1988-ci ildən aparıcı elmi işçi olub.
1990-1991-ci illərdə "Vətən həsrəti", 1992-1993-cü illərdə "Hikmət", "Yeni fikir" qəzetlərinin baş redaktoru işləyib.
1995-ci ildən "Respublika" qəzetinin baş redaktoru,1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi çalışıb.
Teymur Əhmədovun Azərbaycan jurnalistikasının inkişafı sahəsində göstərdiyi xidmətlər və səmərəli əməyi yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı, akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilmiş, 1996-cı ildə "İlin layiqli ziyalısı" fəxri adına layiq görülmüş, Həsən bəy Zərdabi və Beynəlxalq Atatürk Mükafatları, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2002-ci ildə "Tərəqqi" medalı, 2020-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib.
Tanınmış ziyalı, qayğıkeş və səmimi insan Teymur Əkbər oğlu Əhmədovun xatirəsi media ictimaiyyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!".
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm