“Mediamızın fəaliyyəti ordumuzun apardığı mübarizəyə adekvatdır”
10:01 08.10.2020
Media
811
Akif Aşırlı: “Düşmənin informasiya müstəvisində həyata keçirməyə çalışdığı təxribatların qarşısı uğurla alınmaqdadır”
Artıq 11-ci gündür ki, ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatı davam edir.
Bəs mediamızın fəaliyyəti ordumuzun apardığı mübarizəyə adekvat hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən “Şərq” qəzetinin baş redaktoru, media eksperti Akif Aşırlı medianın kifayət qədər peşəkarlıq sərgilədiyini vurğuladı:
“Hesab edirəm ki, mediamızın fəaliyyəti ordumuzun apardığı mübarizəyə adekvatdır.
Müharibə yalnız ön cəbhədən ibarət deyil. Arxa cəbhə də mövcuddur. Ən mühüm savaşlardan biri informasiya savaşıdır. Ölkə daxili və xaricində ictimai rəyin düzgün formalaşdırılması məsələsi xüsusilə önəmlidir ki, bu məsələdə problem hesab ediləcək hər hansı neqativ hala yol verilməyib.
Bu gün jurnalistlərimiz cəbhə xəttində çəkilişlər aparır, yeni xəbərləri çevik şəkildə ictimaiyyətə təqdim edirlər. Müəyyən internet məhdudiyyəti var ki, bu da müharibənin getdiyi indiki məqamda başadüşüləndir. Peşəkar media ictimaiyyətə, əsasən rəsmi mənbələrə istinadən məlumat verir. Peşə dəyərlərinə sadiqlik göstərən saytlarımız da hər hansı bri informasiyanı rəsmi mənbələrə istinadən dəqiqləşdirəndən sonra ictimaiyyiləşdirir. Xarici ölkə mətbuatında yer alan xəbərlər də media tərəfindən Azərbaycanın əlaqədar dövlət qurumları vasitəsi ilə təsdiqlənəndən sonra ictimaiyyətə çatdırılır.
Peşəkar hərbi ekspertlərə ciddi ehtiyacımız var. Əgər Türkiyə telelvizyalarına nəzər salsanız görərsiniz ki, orada daha çox hərbi tarix üzrə mütəxəssislər, konfiloktoloqlar, bölgəni bilən şəxslər ekrana çıxarılır. Bizim isə bu məsələdə zənnimcə, müəyyən problemlərimiz var.
Ümumilikdə isə mediamız düşmənin informasiya müstəvisində həyata keçirməyə çalışdığı təxribatların qarşısını alır, Ermənistanın yalanlarını ifşa edir. Həm ölkə daxilində, həm də xaricdə yaşayan sodyaşlarımız sosial şəbəklərədə də olduqca fəaldır və bu müstəvidə də ciddi aktivlik sərgiləyir. Bu baxımdan medianın hazırkı fəaliyyyətini uğurlu və qənaətbəxş hesab edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya