Mətbuat Şurası icazəsiz mitinqlə bağlı jurnalistlərə çağırış etdi
Ayyət Əhməd
09:10 19.10.2019
Media
696
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib.
Sherg.az-ın xəbərinə görə, çağırışda bildirilir ki, Milli Şura oktyabrın 19-da metronun “28 May” stansiyası önündəki meydanda mitinq keçirəcəyini bəyan edib:
"Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı razılıq olmadığı üçün aksiya icazəsiz xarakter daşıyır. Bununla əlaqədar olaraq Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə, o cümlədən hüquq-mühafizə orqanlarının nümayəndələrinə müraciət edir. Bildiririk ki, Mətbuat Şurası icazəli və ya icazəsiz xarakter daşımasından asılı olmayaraq, bütün küçə aksiyalarında jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. Milli Şuranın 19 oktyabr 2019-cu il tarixə təyin etdiyi mitinqdə də bu iş həyata keçiriləcək. Ərazidə Azərbaycan Mətbuat Şurasının və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupu fəaliyyət göstərəcək. Jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda qrupun üzvlərinə məlumat verə bilərlər. Əlaqə üçün telefon nömrələri – 050 206 96 02; 055 288 95 53.
Azərbaycan Mətbuat Şurası eyni zamanda mitinqi işıqlandıracaq jurnalistlərə üzərində “Press” yazılmış gödəkçələrdə olmağı tövsiyə edir. Bu, hər hansı çətinliyin yaranacağı hallarda onların hüquqlarının müdafiəsinin təşkili üçün vacibdir.
Jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu məsələni diqqətdə saxlayacaq.
Şura hüquq-mühafizə orqanlarının təmsilçilərini də üzərində “Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaradılması üçün tədbirlər görməyə, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə çağırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə