"Müharibənin öz şərtləri var"
07:20 24.10.2020
Media
841
Səxavət Məmməd: "30 ildir ölkəsində müharibə gedən ölkənin müharibə jurnalistləri daha güclü olmalı idi"
"Ölkəmizdə işğal olunmuş torpaqlarımızın geri qaytarılması uğrunda günlərdir ki, müharibə gedir. Müharibənin də öz şərtləri və qaydaları var. Əvvəllər burda işləmək asan idi. İndi günü-gündən işləmək əməllicə çətinləşib".
Bu sözləri "Şərq"ə açıqlamasında cəbhə bölgəsində olan jurnalist Səxavət Məmməd deyib. Onun sözlərinə görə, bir yandan sosial şəbəkələrdə gedən dezinformasiyalar işləri daha da çətinləşdirir:
"Tərtərin pambıq zavodu vurulan zaman hisin-pasın içində güclə də olsa çəkiliş apardım. Həmin an mənə zəng vurdular ki, muştuluğumu ver, Ağdamı almışıq. Baxın əgər Ağdam alınıbsa, necə Ağdam ərazisindən pambıq zavodu vurulur? 30 ildir ölkəsində müharibə gedən ölkənin müharibə jurnalistləri daha güclü olmalı idi.
Baxırsan, cəmi 2-3 nəfər var. Qalanları qeyri-peşəkardır. Gəlib burda şəkil çəkdirib, sonra onu da sosial şəbəkələrdə paylaşaraq hərbiçilərimizin həyatları üçün əməlli problem yaradırlar.
Məsələn, biri yazır ki, "Şad xəbər var, yaza bilmirik". Yaza bilməyəcəyin xəbərin anonsunu niyə verirsən? Bu həm informasiya savaşına, həm də elə cəbhədəki insanların həyatına çox pis təsir edir".
S.Məmməd vurğulayıb ki, ordunun bir yerdə dayanması, möhkəmlənməsi çox çətin prosesdir:
"İlk növbədə əlavə səngərlər qurulmalıdır, çünki düşmən öz postunu çox yaxşı tanıyır. Həqiqətən burada əsgərlər çox əziyyət çəkirlər. Döyüşlər çox ağır gedir. Amma insanlar elə bilirlər ki, bu hansısa oyundur.
Elə bilirlər, ermənilər ancaq qaçır, onlar da qovalayırlar. Əlbəttə ki, ermənilərin qoyub qaçdıqları yerlər də var. Amma burda söhbət silahla-sursatla hərəkət edən insandan gedir. Bu nüanslara həqiqətən diqqət etmək lazımdır.
Hazırda faktiki döyüşlər gedir. Vəziyyət burada tamamilə fərqlidir. Düzdür, hər şey Azərbaycan Ordusunun nəzarəti altındadır. Uğurlu əməliyyatlarımız həqiqətən də çoxdur. Sadəcə olaraq, bu məsələ mərhələ-mərhələ həll olunur. Son günlər müşahidə edirəm ki, buradakı əhali əvvəlki həyatlarına dönüblər.
Əgər onlar əvvəllər avtomat, pulemyot səslərinə öyrəşmişdilərsə, indi artirelliya səsləri də onlar üçün adiləşib. Burada hər kəsin gözlədiyi bir şey var. "Tam Qələbə!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya