PJB-dən intiharlarla bağlı mediaya ÇAĞIRIŞ
08:28 13.03.2021
Media
639
Son günlər ölkə mediasının gündəmini intiharlarla bağlı xəbərlər zəbt edib. Bəzən sosial şəbəkələrdə, hətta saytlarda 10-20 il əvvəl baş vermiş intiharların səbəbləri bu günlə əlaqələndirilir. Bu isə insanlarda qıcıq doğurur. Bütün bunlarla əlaqədar Parlament Jurnalistləri Birliyi (PJB) ölkə mediasına çağırış edib.
"Sherg.az" çağırışı olduğu kimi təqdim edir:
“Azərbaycanda intiharların sayının artması, xüsusən azyaşlı və yeniyetmələr arasında intihar halları bütün cəmiyyəti olduğu kimi KİV və jurnalist təşkilatlarını da narahat edir. Qabaqcıl dünya təcrübəsi və aparılan tədqiqatlar göstərir ki, mürəkkəb fenomen olan intihar hallarına qarşı yalnız komlpeks mübarizə tədbirləri səmərə verə bilər. Profilaktika və mübarizə tədbirləri bütün cəmiyyət tərəfindən dəstəkləndikdə təsirli olur.
Maarifçilik və məlumatlandırma profilkatik tədbirlərin əsas komponentlərindən biri kimi çıxış edir. KİV, jurnalistlər, blogerlər, ictimai rəy liderləri bu fəaliyyətlərin əsas subyektləri kimi nəzərdə tutulur. Mütəxəssislərin ortaq fikirinə görə, KİV-də, sosial şəbəkələrdə, geniş auditoriyaya xitab edən audio-vizual məhsullarda intihar halları barədə xəbərlərin , xüsusən sensasiya üslubunda məlumatların tez-tez verilməsi, bu qəbil məlumatların qabardılması mənfi fəsadlara yol açır. Mütəxəssislər qeyd edirlər ki, xəbərlərin tez-tez yayılması və qabardılması intihara meyilli şəxslər, həm də ən sadə problemlə qarşılaşan insanları intihara sövq edə bilər. Bir çox mütəxəssislər isə bu cür halları intihara meyl yaradan təbliğat kimi də dəyərləndirirlər.
Bu məsələlərlə bağlı fərqli yanaşmalar olsa da, intihara meyl yarada biləcək amillər, xüsusların qarşısının alınması üçün KİV və jurnalistləri hər bir halda öz töhfələrini verməyə çağırırıq. İntihar hallarına qarşı mübarizə və profilkatik tədbirlərə dəstək verilməsi məqsədilə mütəxəssislərin rəylərinə əsaslanaraq, KİV və jurnalistləri intihar hallarının, onlarla əlaqədar şəxslərin, xüsusatlar barədə məlumatların mümkün qədər az ışıqlandırılmasını, xüsusi olaraq qabardılmamasını cəmiyyət qarşısında mənəvi və əxlaqi öhdəlik kimi nəzərdən keçirməyə çağırırıq.
Bu Bəyanat heç bir halda senzura, yaxud özünüsenzuraya çağırış kimi dəyərləndirilməməlidir. Bu Bəyanat Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarına, bu Qaydaların 3.11.-cü maddəsinə istinad edərək yalnız və yalnız KİV, jurnalistləri intihar hallarına qarşı mübarizə və profilkatik tədbirlərinə dəstək verməyə çağırmaqdan başqa niyyət güdmür”.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm