Eyni zamanda xarici media nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub. Burada Rusiya, Türkiyə və digər media resurslarının nümayəndələri var. “Əl-Cəzirə” telekanalının nümayəndələri də ölkəmizdə səfərdədir. Onlara Ermənistanın təxribatları ilə bağlı məlumat veriləcək ki, beynəlxalq ictimaiyyətə tam dolğun informasiya ötürülsün”.
Qarabağ Bakıda, Bakı da Qarabağdadır
Turan
10:21 29.09.2020
Media
813
"Xalq, Ordu və Ali Baş Komandan birlikdə olanda yenilməz qüvvə ortaya çıxır"
“Ermənistan tərəfindən çox saxta və cılız məlumatlar hazırlanır”. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O qeyd edib ki, bu qədər saxta məlumat hazırlayan silahlı qüvvələrə Ermənistan xalqının özü etibar etməz: “Ermənilərin yalan məlumatları ifşa olunur.
Eyni zamanda xarici media nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub. Burada Rusiya, Türkiyə və digər media resurslarının nümayəndələri var. “Əl-Cəzirə” telekanalının nümayəndələri də ölkəmizdə səfərdədir. Onlara Ermənistanın təxribatları ilə bağlı məlumat veriləcək ki, beynəlxalq ictimaiyyətə tam dolğun informasiya ötürülsün”.
H.Hacıyev bildirib ki, Ermənistanın Azərbaycan Ordusunun generalı Mayis Bərxudarovla bağlı yaydığı yalanın məqsədi öz cəmiyyətlərində təşvişi azaltmaqdır.
Hərbi əməliyyatlar zamanı Ermənistanın yaydığı dezinformasiyalarla bağlı “Şərq”ə danışan “Modern.az” saytının baş redaktoru, Qlobal Qəzetçilər Şurasının xarici əlaqələr üzrə sədr müavini Elşad Eyvazlı döyüşlər davam edən günlərdə sosial şəbəkələrin məhdudlaşdırılmasının çox düzgün qərar olduğunu söyləyib. Baş redaktorun fikrincə, son günlər ermənilər sosial şəbəkələrdə çoxsaylı dezinformasiyalar, şayiələr yayır və azərbaycanlıları təxribata çəkirdi:
“1990-cı illərdə bütün cəbhə bölgəsi Bakıdan küskün idi. Səbəbi o idi ki, paytaxtda müharibə ab-havasının hiss olunmadığını deyirdilər. Amma indi döyüşlər sanki Bakıda gedir. Qarabağ Bakıda, Bakı da Qarabağdadır. Bu da bizi çox sevindirir. Xalq, Ordu və Ali Baş Komandan birlikdə olanda yenilməz qüvvə ortaya çıxır. 27 sentyabr 2020-ci il tariximizə qızıl hərflərlə yazıldı.
Sosial şəbəkələr məhdudlaşdırılsa da, ermənilər yenə öz əməllərindən əl çəkməyəcəklər. Biz jurnalistlər bu məsələdə birmənalı olaraq rəsmi məlumatlardan başqa heç bir sözə, yazıya, statusa istinad etməməliyik. Müdafiə Nazirliyinin qərargahı döyüşlərlə bağlı çox sürətli şəkildə həm ölkə, həm də dünya ictimaiyyətini məlumatlandıran resurs yaradıb. Düşmən də boş durmur, müxtəlif dezinformasiyalarla dünyanı aldatmağa çalışır.
İddia edirlər ki, guya, Azərbaycan hücum edib və s. Axı Azərbaycan hara, kimin torpağına hücum edib?! Füzuli, Cəbrayıl, Ağdam, Kəlbəcər kimin ərazisidir? Azərbaycan Ordusu öz ərazilərində ermənilərin təxribatının qarşısını rəşadətlə aldı. İndi də terrorçu erməniləri torpaqlarından təmizləyir. İmkan daxilində bu həqiqəti dünyaya yaymalıyıq”.
E.Eyvazlının sözlərinə görə, Tovuz hadisələrində Azərbaycan diasporası “erməni lobbisi” mifini dağıtdı:
“İndi ən böyük yük diasporamızın və medianın üzərinə düşür. Erməni yalanlarının qarşısını almalı və doğru məlumatları dünyaya çatdırmalıyıq. Bu, həm bizim, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların borcudur. Hamımız öz gücümüzü ortaya qoymalıyıq. Xaricdəki dost-tanışlarımızdan bu məqsədlə istifadə etməliyik.
Mən Qlobal Qəzetçilər Şurasının xarici əlaqələr üzrə sədr müaviniyəm və orada kifayət qədər işlər görülür, sadəcə görülən işin cəmiyyətə çatdırılmasına ehtiyac duymuram. Çünki biz artıq xaricdə iş görməliyik. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çıxartmaq borcumuzdur. Düşünürəm ki, hər kəs çalışdığı sahədən asılı olmayaraq, əlindən gələni etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya