Şərait yaradılmalıdır !- “Xarici jurnalistlər arxa cəbhədə işləsin"
Banuçiçək Kalbalıyeva
13:15 02.10.2020
Media
1204
Bütün cəbhəboyu genişmiqyaslı hərbi əməliyyatlar başlandığı ilk gündən etibarən düşmən uduzduğunu anlayır və bu məğlubiyyəti guya kompensasiya etmək məqsədilə ən müxtəlif yollar axtarır. Ermənistan tərəfinin tirajladığı saxta xəbərlər beynəlxalq mediaya da “ayaq açır”. Beləliklə, şayiələr, dezinformasiyalar yayılır.
Əvvəlki vaxtlardan fərqli olaraq, indi ölkə daxilində informasiya axınını düzgün təmin edə bilirik. Amma, təəssüf ki, beynəlxalq mediaya çıxışda fəaliyyətimiz arzuolunan səviyyədə deyil. Bu isə futbol dili ilə desək, bəzən avtoqolla nəticələnir.
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu barədə “Sherg.az”a danışarkən problemi aradan qaldırmağın yollarını göstərdi:
“Bu istiqamətdə imkanlarımız xeyli məhduddur. Media qurumlarımızın və ayrı-ayrı jurnalistlərimizin beynəlxalq KİV-ə əlçatımlığı da azalıb. Bu isə mövcud internet məhdudlaşması ilə əlaqəlidir. Sosial şəbəkələr giriş imkanının məhdudlaşmasını məqbul hesab edirəm. Biz həmin təşəbbüsün müsbət nəticəsini də gördük.
Amma informasiyanın ölkədən kənara çıxarılmasının məhdudlaşdırılması faktiki olaraq bizim ziyanımızadır. Fikrimcə, xarici jurnalistlərin arxa cəbhədə işləməyinə şərait yaratmaq lazımdır. Düşünürdüm ki, əgər bizim jurnalistlərə inam yoxdursa, müvafiq qurumlar hansısa addımlar atacaqlar. Amma onların fəaliyyətində də ciddi çatışmazlıqlar var”.
A.Əliyev, habelə informasiya müharibəsinin mahiyyətinə də toxundu:
“İnformasiya müharibəsi jurnalistlərin məşğul olduğu və ola biləcəyi iş deyil. Bəzən teleaparıcılar tamaşaçıları salamlayarkən özlərini informasiya müharibəsinin iştirakçısı kimi təqdim edirlər.
Düzdür, müxbirlər, reportyorlar müharibə informasiyasını ötürməklə çox ciddi iş görür, informasiya müharibəsinə dəstəklərini göstərirlər. Amma “müharibə informasiyası” ilə “informasiya müharibəsi” fərqli anlayışlardır.
İnformasiya müharibəsi çox ciddi, artıq ayrıca bir sənayəyə çevrilmiş sahədir. Odur ki, bu sahəni başlı-başına buraxıb, informasiya müharibəsi ilə də jurnalistlərin məşğul olmasını tələb etmək doğru deyil.
Məsələyə sadəcə tələblər səviyyəsində yanaşılmamalıdır. İnformasiya müharibəsi bu işin hər detalını bilən peşəkarlara, mütəxəssislərə həvalə edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media