Xanım jurnalist polisə şikayət etdi: "İntihar həddinə çatmışam"
08:31 07.10.2019
Media
858
"Bir ilə yaxındır ki, şəxsi həyatım və işimlə bağlı təhdid və şantaj dolu mesajlar alırdım. Həmin şəxslərin kim olduqlarını ehtimal edirəm".
Bu sözləri "Sputnik Azərbaycan” saytının əməkdaşı, jurnalist İradə Cəlil deyib.
Lent.az-ın xəbərinə görə, o, bildirib ki, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib:
"Nəticə olduqdan sonra bu haqda geniş məlumat verəcəm. Heç kimlə problem yaşayan insan deyiləm. Onlar məni Feysbukda saxta profillərlə təhdid edir. Şəkillərimi paylaşaraq, haqqımda ağlasığmaz ifadələr yazırlar. Artıq intihar həddinə çatmışam. Şəxs və ya şəxslərin hansı əsaslarla təhdid, şantaj etdiyini polisə bildirmişəm. Kiminsə haqqına girmək istəmirəm. Araşdırılandan sonra məlum olacaq ki, kimdir, nə istəyir... Bəlkə heç istədiyi bu deyil, bəlkə başqa adamdır. Mən şübhələndiyim adamların adlarını hüquq-mühafizə orqanlarına demişəm.
Mənim 2017-ci ilə qədər həyatımla, işimlə və s. heç kimlə problemim olmayıb, hesab edirəm, düşmənim də yoxdur. Mən güzəştə gedən adamam, müəyyən problem yaşayıb münasibətlərimizin kəsildiyi dostlarımla da əlaqələri bərpa etmişəm ki, haqları üzərimdə qalmasın. Hələlik bunları deyə bilərəm”.
Qeyd edək ki, bir müddət bundan əvvəl jurnalist aldığı təhdid və şantajlar barədə Feysbuk profilində ölkə rəhbərliyinə müraciət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm