
Şər yuvalarına son: USAİD və oxşar strukturların gerçək missiyası ifşa oldu
Yusif Nəzərli
10:16 19.03.2025
Aktual
508
Uzun onilliklər boyunca USAİD, "Amerikanın Səsi" və "Azadlıq Radiosu" kimi strukturlar müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda, ictimai rəyə təsir göstərmək və siyasi proseslərə müdaxilə etmək məqsədilə fəaliyyət göstəriblər. Bu qurumlar insan haqları və demokratiyanın müdafiəsi şüarı altında gizlənərək, əslində, Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar aparıblar.
Lakin Azərbaycan cəmiyyətində sağlam düşüncəyə malik, dövlətçilik mövqeyi tutan insanlar daim bu şər yuvalarının əsl məqsədini ifşa ediblər. Onların ölkəmizdə yaratmağa çalışdığı informasiya xaosuna qarşı mübarizə apararaq, həmin qurumlarla əməkdaşlıq edən xəyanətkarların gerçək simasını açıb göstəriblər. Bu gün isə bu strukturlar layiq olduqları yerdədirlər. Onların fəaliyyətinin məhdudlaşdırılması, həqiqətə və ədalətə xidmət edən bir qərardır. Bu addım təkcə Azərbaycanın deyil, milli maraqlarını qorumaq istəyən bütün ölkələrin informasiya müstəqilliyi uğrunda apardığı mübarizənin bir hissəsidir.
Politoloq Taleh Əliyev "Sherg.az"a bildirib ki, USAİD, "Amerikanın Səsi" və "Azadlıq Radiosu" kimi beynəlxalq strukturlar əslində ABŞ-ın yumşaq güc vasitələri hesab edilir. Bu qurumlar rəsmi olaraq demokratiya, insan haqları, azad seçkilər və digər universal dəyərlərin təbliği missiyasını daşıyırdı:

"Lakin faktiki olaraq Vaşinqton bu vasitələrlə özünə dost və müttəfiq ölkələrdə hakimiyyətdə olan tərəfdaşlarını dəstəkləyir, digər dövlətlərdə isə müxtəlif siyasi qrupları müdafiə edərək həmin ölkələrin siyasi hakimiyyətlərinə təzyiq və təsir göstərirdi. Azərbaycana gəldikdə, USAİD və digər bu tipli strukturlar uzun illər ərzində ölkəmizdə müxtəlif layihələr həyata keçirmiş, xüsusilə də kənd təsərrüfatı və idarəetmə sahələrində əməkdaşlıq edib. Bununla yanaşı, onların Azərbaycana qarşı qərəzli yanaşmalarına nəzər saldıqda, ABŞ-da güclü mövqeyə malik erməni lobbisinin də bu strukturlar vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyaları apardığını görmək mümkündür. Bu gün adıçəkilən qurumların fəaliyyəti dayandırılır. Lakin bu, Vaşinqtonun qlobal siyasətindən, xüsusən də birqütblü dünya siyasətindən imtina etməsi anlamına gəlmir".
Politoloq qeyd edib ki, mövcud tendensiyalar onu göstərir ki, qarşıdakı dövrdə dünyada barış və dialoq əvəzinə qarşıdurmalar və münaqişələr ön plana çıxacaq:
"Bu kontekstdə ABŞ yumşaq güc vasitələrinə ayırdığı vəsaiti üçüncü dünya ölkələrindən geri çəkilməklə, oradakı xaosu, vətəndaş müharibələrini və dövlətlərarası münaqişələrin idarəsi üçün istifadə edəcək. Bütün bunlar yaxın illərdə böyük miqyaslı müharibələrin başlanması ehtimalını artırır. Təəssüf ki, qlobal proseslər hazırda müsbət istiqamətdə inkişaf etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi