Energetika Nazirliyi Dünya Bankı ilə AZURE layihəsinin sürətləndirilməsini müzakirə edib
Energetika Nazirliyi Dünya Bankı ilə AZURE layihəsinin sürətləndirilməsini müzakirə edib
Yusif Sultanoğlu
05:47 05.04.2024
Gündəm
385
Energetika naziri Pərviz Şahbazovla Dünya Bankının energetika üzrə missiya heyəti arasında görüş olub.
Nazirlikdən verilən məlumata görə, bankın energetika üzrə böyük mütəxəssisi, Tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunil, təcrübə meneceri Stefani Gil və digər nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsinin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Məlumata görə, 2 QVt-dək gücdə bərpa olunan enerji mənbələrinin enerjisisteminə inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi, “Masdar” şirkəti tərəfindən inşa olunacaq 1 QVt gücündə günəş və külək elektrik stansiyalarının şəbəkəyə qoşulması tədbirlərinin icra vəziyyəti və maliyyələşdirmə imkanları nəzərdən keçirilib. AZURE layihəsi çərçivəsində 315 MVt gücündə “Bankə” və 445 MVt gücündə “Biləsuvar” günəş elektrik stansiyalarının enerji sisteminə qoşulmasının vaxtında həyata keçirilməsi üçün müvafiq proseslərin tezləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin AZTAF proqramı çərçivəsində “Enerji səmərəliliyi və iqlim” texniki yardım layihəsinin “Enerji Effektivliyi Fonduna dəstək və Milli Renovasiya Proqramının Yol Xəritəsi” komponenti üzrə görülən işlər, eləcə də Dünya Bankı ilə enerji sahəsində əməkdaşlıq gündəliyinin digər aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm