ADY-nin ən çox sərnişin qəbul edən 5 stansiyası açıqlanıb

Cari ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) dəmiryol stansiyalarında sərnişin gediş və gəlişlərinin sayına görə ilk beşlikdə Bakı, Sumqayıt, Bakıxanov, Xırdalan və Koroğlu stansiyaları yer alıb.

Teleqraf xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, Bakı stansiyasında 5 milyon 368 min 915 gediş və gəliş qeydə alınıb.

Hesabat dövründə Sumqayıt stansiyasında 2 milyon 651 min 510, Bakıxanov stansiyasında 1 milyon 186 min 746, Xırdalan stansiyasında 1 milyon 158 min 898, Koroğlu stansiyasında isə 1 milyon 104 min 465 gediş və gəliş qeydə alınıb.