Azərbaycan səfiri Ukrayna Ali Radasının sədr müavini ilə görüşüb
Yusif Nəzərli
19:12 13.12.2024
Gündəm
310
Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiuk Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyevlə dövlətlərarası əlaqələrin vəziyyəti və Ali Rada ilə Milli Məclisin yeni seçilmiş deputatları arasında sıx əməkdaşlığın təşviqini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə ukraynalı siyasətçi sosial şəbəkədə yazıb.
“Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşdüm”, – Kondratiuk qeyd edib.
Tərəflər dövlətlərarası əlaqələrin vəziyyəti ilə yanaşı “Rada ilə Milli Məclisin yeni seçilmiş üzvləri arasında sıx əməkdaşlığın təşviqi” müzakirə ediblər.
“Görüşdə Ukrayna və Azərbaycanın beynəlxalq sərhədlər daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsində hər iki ölkənin dəyişməz mövqeyinin əhəmiyyəti vurğulanıb. Ukraynanın enerji sektoruna göstərilən humanitar yardıma və təhsil müəssisələrinin bərpasına görə Azərbaycana təşəkkür edirik”, – parlamentin sədr müavini yazıb.
Xalq deputatı həmçinin Azərbaycanın müharibədən əziyyət çəkən ukraynalı uşaqların reabilitasiyasına göstərdiyi səyləri yüksək qiymətləndirdiyini vurğulayıb:
“Biz Azərbaycanın müharibədən əziyyət çəkən ukraynalı uşaqların reabilitasiyası üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bu il Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə üç qrup ukraynalı uşaq qonaqpərvərliklə istirahət üçün qəbul edilib. Ümumilikdə bu ölkədə 180-dən çox ukraynalı uşaq sosial və psixoloji reabilitasiyadan keçib”.
“Biz 2025-ci ildə Azərbaycanda müharibənin ukraynalı uşaqlarının istirahəti və reabilitasiyası proqramının davam etdiriləcəyinə ümid edirik. Biz bu məsələdə cənab səfirlə razılaşdıq və bu sahədə səyləri birbaşa əlaqələndirmək tapşırığı verildi”, – Kondratiuk bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm