Conni Depp rusiyalı nişanlısından ayrıldı
09:33 04.12.2024
Şou
519
61 yaşlı Hollivud aktyoru Conni Depp və Yekaterinburqdan (Rusiya) olan 26 yaşlı model Yuliya Vlasovanın 2024-cü ilin yayında Londonda paparatsiyalar tərəfindən çəkilmiş birgə şəkillərindən sonra gündəmə gələn eşq şayiələri, deyəsən, puç olub. Aktyorun nümayəndələri onun subay həyatından zövq aldığını və heç kimlə görüşmədiyini bildiriblər.
Oxu.Az bu barədə xarici media və sosial şəbəkələrə istinadən xəbər verir.
Rusiyalı Vlasova dəfələrlə aktyorla münasibətlərinə eyham vurub və hətta onlarla birgə şəkillərini paylaşıb. Noyabrda o, bəyin adını açıqlamadan nişanlandığını elan edib. Demək olar ki, eyni vaxtda Qərb mediası Deppin ispan modeli Cess Bordyu ilə yeni romanı barədə xəbər yayıb, lakin aktyorun nümayəndələri bunu təkzib ediblər.
Bundan sonra Yekaterinburq sakini sosial şəbəkələrdə ideal tərəfdaşın xüsusiyyətlərinin siyahısını paylaşıb və münasibətlərdə məsuliyyət, dəstək və hörmət məsələlərinin vacibliyini vurğulayıb. Hazırda model Moskvada yaşayır, brilyant qiymətləndirməsi öyrənir və gələcəkdə iki ölkədə - Rusiya və Fransada yaşamağı planlaşdırır. Depplə tanışlığına qədər həyatı Çexiya ilə bağlı olub və əsasən modellik biznesi ilə pul qazanıb. Yuliya Vlasovanın nişanlısının kimliyi hələ də məlum deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm