Mehriban Əliyeva və digər ailə üzvləri Böyük Xalq Sarayı ilə tanış olublar
Yusif Nəzərli
07:35 23.04.2025
Gündəm
339
Aprelin 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.
Sherg.az xəbər verir ki, Pekinin mərkəzində, Tiananmen meydanının qərb tərəfində yerləşən Böyük Xalq Sarayı Çinin ən yüksək səviyyədə dövlət tədbirlərinin və mərasimlərinin, o cümlədən Çin Kommunist Partiyasının qurultaylarının, ali qanunverici orqan olan Çin Xalq Nümayəndələri Yığıncağının illik iclaslarının keçirildiyi, xarici dövlətlərin rəhbərlərinin rəsmi qarşılanma mərasimlərinin təşkil olunduğu dövlət sarayıdır.
Çin Xalq Respublikasının qurulmasının 10-cu ildönümü ilə əlaqədar inşa edilmiş Böyük Xalq Sarayı 1959-cu ildə istifadəyə verilib. Çin xalqının milli birliyinin rəmzi olaraq dizayn edilmiş saray 3 hissədən ibarətdir. Kompleksə Böyük və Əsas auditoriumlar, Konqres, ziyafət, rəsmi qonaqların qarşılanması zalları, Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin ofis binası daxildir. Böyük Xalq Sarayında Çinin hər bölgəsinin adına zallar var.
Saray dövlət tədbirlərinin olmadığı vaxtlarda ayın müəyyən günlərində ictimaiyyətin ziyarəti üçün açıq olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya