Azərbaycan anti-terror əməliyyatlarına başlaya bilər
Turan
10:02 06.06.2021
Qarabağ
833
“İkinci Qarabağ savaşının bitməsi və üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, Ermənistan terrorçuluq niyyətlərindən əl çəkmək fikrində deyil”.
Bu barədə “Şərq”ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib.
Siyasi şərhçi bildirib ki, erməni terrorçularının imzalanmış üçtərəfli bəyanatın şərtlərini pozaraq Kəlbəcər rayonu ərazisində basdırdığı minaların partlaması nətisində Azərbaycanın iki media işçisi həyatını itirdi:
“Ermənistanın bu cür təxribatçı addımlarının arxasında vəziyyəti daha da gərginləşdirmək və bölgədə uzunmüddətli münaqişəni alovlandırmaq dayanır.
Şübhəsiz ki, münaqişənin yenidən qızışdırılmasında bəzi maraqlı qüvvələr mövcuddur. Bu qüvvələr Ermənistanın həm daxilində, həm də xaricindədir. Hesab edirəm ki, pərdəarxasında rus sülhməramlıları vəziyyətin gərginləşdirilməsində maraqlı kimi görünürlər. Əks halda ermənilərin bu cür təxribatlarının qarşısının alınmasına ciddi cəhdlə çalışardılar. Necə ki, 10 noyabr 2020-ci ildə imzalanmış sənədlərin mürəkkəbi qurumamış Laçın dəhlizinə daxil oldular. Ermənistanı qızışdırıb belə təxribatlara çəkməkdə əsas məqsəd Azərbaycanın dirənc göstərdiyi Zəngəzur dəhlizi məsələsində fikirləri yayındırmaq və məsələni başqa səmtə yönəltməkdir”.
S.Hümbətovun fikrincə, əgər erməni terrorçuları bu yaramaz və təxribatçı fəaliyyətlərini davam etdirərlərsə, Azərbaycan anti-terror əməliyyatlarına başlaya bilər:
“Türkiyənin öz hərbi bazalarını Qarabağ və ətraf ərazilərdə yerləşdirməsi mümkündür. Rus sülhməramlılarının fəaliyyətinə yenidən baxıla bilər. Baş verən proseslər beynəlxalq səviyyədə müzakirəyə çıxarılmalıdır. Hər vəziyyətdə Ermənistanın atdığı addımlar tam şəkildə regionda stabilliyi pozmaq və münaqişəni yenidən alovlandırmağa hesablanıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm