Əhali ayağa qalxdı. Polis askiyanı zor gücünə yatırdı. Dəyənəkləri, gözyaşardıcı qazları işə saldı. Amma ATƏT və digər ədalət “carçılar”ı, deyəsən, çox vaxt olduğu kimi, yenə də gözlərini, qulaqlarını bağlamışdılar.
"Beynəlxalq sənədlər müharibə haqqımızı tanıyır” - Daha nə gözləyirik ki?!
Banuçiçək Kalbalıyeva
11:59 24.06.2020
Qarabağ
2602
“Türkiyənin gücündən yararlanmalıyıq. Qardaşımız da bizə deyir ki, müharibəyə başlasanız yanınızda olacayıq”
Bu günlərdə beynəlxalq qurumların Ermənistana havadarlıq etməsinin bir daha şahidi olduq. Belə ki, düşmən ölkədə “Çiçəklənən Ermənistan” partiyasının sədri, həmçinin Ermənistan parlamentindəki “Sarukyan” partiyasının sədri Qaqik Sarukyanın deputat toxunulmazlığının əlindən alınması iğtişaşlarla nəticələndi.
Əhali ayağa qalxdı. Polis askiyanı zor gücünə yatırdı. Dəyənəkləri, gözyaşardıcı qazları işə saldı. Amma ATƏT və digər ədalət “carçılar”ı, deyəsən, çox vaxt olduğu kimi, yenə də gözlərini, qulaqlarını bağlamışdılar.
“Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif Nağının “Sherg.az”a dediklərindən belə məlum oldu ki, beynəlxalq ictimaiyyət sadəcə Ermənistanda baş verənləri görmək istəmir:
“Ermənistana olan münasibət göz qabağındadır. Biz əvvəllər də dəfələrlə bu cür haqsızlıqların şahidi olmuşuq. Bir tərəfdən Qərb, bir tərəfdən isə Rusiya düşmənimizi dəstəkləyir. Onların fikrincə, Ermənistan ən demokratik dövlətlərdən biridir. Əlbəttə, reallıq tamam fərqlidir. Ermənistana olan belə yanaşmanın kökü isə dində, yəni xristianlıq amilindədir. Hakimiyyətə kimin gəldiyinin fərqi yoxdur-istər terrorçü gəlsin, istər küçədən biri, yenə də münasibət dəyişməyəcək. Çünki bir çox qüvvələr Cənubi Qafqazda Ermənistanın mövqeyini gücləndirmək istəyirlər. Özü də müsəlmanlara-bizə, Türkiyəyə qarşı”.
A.Nağının fikrincə, belə mürəkkəb situasiyada Azərbaycanın öhdəsinə çox ciddi vəzifələr düşür:
“Biz hansısa ədalətli mövqeyə ümid etməməliyik. Əksinə, yolumuzda daha iri addımlarla irəliləməliyik. Beynəlxalq qurumların Azərbaycana münasibəti kağız üzərindədir. Fəqət həmin sənədlər müharibə haqqımızı tanıyır”.
Təşkilat sədri, həmçinin bildirdi ki, hərbi əməliyyatlar ən ideal variantdır:
“Biz Rusiya və İranın Qərblə ziddiyyətli münasibətlərindən istifadə etməli idik. Amma hələ ki, bacarmırıq. Buna baxmayaraq, Türkiyənin gücündən yararlanmalıyıq. Qardaşımız bizə deyir ki, müharibəyə başlasanız yanınızda olacayıq. Daha nə gözləyirik ki?!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət