Bölgə həssaslığını qoruyur: Məmmədyarovla Lavrov Qarabağ münaqişəsindən danışıblar
Turan
12:52 14.04.2020
Qarabağ
1006
Dünən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər üzrə ətraflı müzakirələr aparıblar.
Nazirlər hər iki ölkənin COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı fikir mübadiləsi həyata keçiriblər. Mövcud vəziyyətdə iki ölkə sərhədində olan vəziyyət müzakirə olunub və tərəflər vurğulayıblar ki, müvəqqəti olaraq sərhədlərin bağlanması hər hansı bir şəkildə iki ölkə arasında, eyni zamanda digər ölkələrə münasibətdə beynəlxalq yük daşımalarına təsir göstərməyəcək.
Xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə, o cümlədən münaqişənin həlli istiqamətində atıla biləcək addımlar barədə də müzakirələr aparıblar. XİN rəhbərləri pandemiyası ilə bağlı vəziyyət aradan qaldırıldıqdan sonra məsləhətləşmələri davam etdirməyi razılaşdırıblar. Bununla yanaşı, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, son bir həftə ərzində xarici işlər nazirləri arasında iki dəfə telefon danışığı olub.
İki ölkənin yaxın əlaqələri ilə bağlı “Sherg.az”a danışan politoloq Tofiq Abbasov deyib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər son 2 ildir qarşılıqlı anlaşma şəraitində inkişaf edir.
Siyasi şərhçi vurğulayıb ki, bölgə həssaslığını qoruyur, Qarabağ münaqişəsi həllini tapmadığı kimi əlavə qlobal təhdidlər də mövcuddur:
“Belə məqamda istənilən münaqişənin çözülməsi strateji hal alır. Sirr deyil ki, Rusiya Qarabağ münaqişənin həllində daha çox söz sahibidir, nəinki ABŞ və Fransa. Bunun da səbəbləri hamıya bəllidir. Rusiya münaqişə tərəfləri ilə qonşudur. Digər tərəfdən Azərbaycan Moskva ilə uzun illər eyni cərgədə dayanıb. Rusiya 1994-cü ildə müvəqqəti sülhün əldə edilməsində, digər ağır məqamlarda, o cümlədən 2016-cı ilin aprelində baş vermiş lokal müharibədə prosesdə birbaşa vasitəçilik edib. Moksvanın vasitəçiliyi son dərəcə təsirlidir. Bu baxımdan Rusiya bölgədəki problemin həllində digər həmsədrlərə nisbətən daha şanslıdır. Son vaxtlar Ermənistanda cərəyan edən anlaşılmaz dəyişikliklər göstərir ki, Azərbaycan Rusiya üçün daha adekvat, əlverişli və konsrtukriv tərəfdaşdır. Rusiya siyasiləri, Duma üzvləri, ictimai birliklər də bildirirlər ki, Qafqazda Kremlin ən etibarlı və arzuolunan tərəfdaşı Bakıdır. Burada şübhəsiz, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin çox böyük rolu var”.
T.Ababsov bildirib ki, Azərbaycan qonşuluq siyasətinə üstünlük verir. Ancaq Ermənistan tamamilə bunun əksinə hərəkət edir:
“Düşmən ölkədə Rusiyaya qarşı çıxan qüvvələr hücum mövqeyindədir. Ermənistan sadəcə Azərbaycan üçün deyil, bütün qonşuları, hətta müttəfiqləri üçün açıq təhdiddir. Bir halda ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmır, bu o deməkdir ki, İrəvan və onun dəstəklədiyi separatçılar bütöv bölgə üçün risklidir. Lakin Rusiya-Azərbaycan münasibətlərində böyük bir dinamizm və diplomatik anlaşma şəraiti var. Prezidentlər arasında yüksək səviyyəli dostluq münasibəti hökm sürür. Bunlar son dərəcə həlledici məqamlardır. Bu baxımdan rəsmi Bakının gözləntiləri böyükdür. Fikrimcə, Rusiya ən yaxın zamanda Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana daha heç bir şans verməyəcək. Ermənistan əvvəl-axır məsuliyyətə cəlb ediləcək. 2019-cu ilin sonunda Rusiya diplomatiyası elə Sergey Lavrovun dili ilə 2-3 dəfə İrəvana tənbehedici və xəbərdarlıq mahiyyətli mesajlar verib. Bu da onu göstərir ki, Azərbaycanın diplomatiyası düzgün yoldadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq