| "Beynəlxalq təşkilatlara müraciət olunmalı, dünya ictimaiyyəti məlumatlandırılmalıdır” |
Düşmən Gəncəliyevi terrorla hədələyir: "Fəaliyyətindən ciddi təşviş keçirirlər”
Turan
11:31 07.05.2020
Qarabağ
1216
“Ermənilərin təhdidlərinə qarşı Xarici İşlər Nazirliyi hərəkətə keçməlidir”
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib. Bu barədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev bildirib. Deputat deyib ki, sosial şəbəkələrdə, xüsusilə informasiya müharibəsi konteksində çox aktiv fəaliyyət həyata keçirdiyinə görə, düşmənin hədəfinə düşüb: “Son zamanlar sosial şəbəkələrdə apardığımız fəaliyyətimizə görə bizə çoxlu hücumlar var, hətta bizi ölümlə hədələyirlər. İnformasiya müharibəsinin hazırda əsas hissəsinin sosial şəbəkələr platformasında həyata keçirildiyini nəzərə alaraq, orada da aktiv olmağa məcburuq”.
T.Gəncəliyevin sözlərinə görə, Ermənistandan və Dağlıq Qarabağdan olan bəzi aqressiv, radikal qüvvələr növbəti xarici səfərlərində onu ölümlə təhdid edərək, terror aktı törədəcəklərini yazırlar: “Hətta bəzi erməni sosial şəbəkə istifadəçiləri bizə “Nemezis” terror əməliyyatını xatırladır. Bildiyiniz kimi, “Nemezis” əməliyyatı Osmanlı İmperiyasının ictimai-siyasi xadimlərinə qarşı erməni daşnakları tərəfindən edilmiş terror hadisəsi idi”. İctimaiyyət nümayəndələrinin fikrincə, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin ermənilər tərəfindən ölümlə təhdid olunması çox ciddi məsələdir. Ona görə də düşmənin terror təhdidini mümkün qədər dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır.
T.Gəncəliyevin açıqlamasını “Sherg.az”a dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib ki, Qarabağın Azərbaycanlı icması informasiya sahəsində müəyyən diplomatik gedişlər edir, məhsuldar və çox səmərəli addımlar atır.
QAT sədrinin sözlərinə görə, o da erməni mətbuatındakı gərginliyi izləyir və onların narahatlığını görür:
“Düşmən tərəf Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin fəaliyyətindən ciddi təşviş keçirir. Müəyyən maneələrlə icma sədrinin qarşısını almağa çalışsalar da, buna nail ola bilmirlər:
“Ermənilər məcbur qalaraq öz xislətlərinə, xarakterlərinə uyğun terrora əl atırlar. Əlbəttə, düşməndən hər cür dəhşətli cinayəti gözləmək lazımdır. Tarix boyu ermənilərə məxsus təşkilatlar türk diplomatlarına, siyasi-ictimai xadimlərə teraktlar həyata keçiriblər. Həmçinin, Dağlıq Qarabağ münaqişəsi boyunca ermənilərin hansı cinayətlərə əl atdıqları, necə vəhşiliklər törətdikləri hamıya məlumdur. Düşmənin xarakteri terrorla yoğrulub. Ermənilərin təhdidlərinə qarşı Xarici İşlər Nazirliyi hərəkətə keçməlidir. Faktlar ərasında beynəlxalq təşkilatlara müraciət olunmalı, dünya ictimaiyyəti ermənilərin niyyəti ilə bağlı məlumatlandırılmalıdır. Eyni zamanda ciddi təhlükəsizlik tədbirləri alınmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq