
Düyün açılır! - "Zəngəzur yoluna Ermənistanın nəzarət etməsi daha sərfəlidir"
Yusif Nəzərli
04:55 06.06.2023
Qarabağ
1586
Kremlin təkbaşına nəzarəti ələ alması Azərbaycana növbəti təzyiq vasitəsinə çevrilə bilərdi
Türkiyə ilə Azərbaycanı Zəngəzur dəhlizi birləşdirəcək. Bu dəhlizin açılması işi sürətlə davam edir və yavaş-yavaş sona yaxınlaşır. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, Zəngəzur bizim təbii haqqımızdır. O, 1920-ci ildə Sovet İttifaqı dövründə əlimizdən alınıb, Ermənistana verilib: "Türkiyənin Azərbaycan sərhədində sədd çəkilmiş, əngəllər yaradılmış torpaqdır". Zəngəzur dəhlizi ilə Türkiyə və Azərbaycan arasındakı məsafənin 38 kilometrə enəcəyini bildirən səfir Məmmədov, "Bu, Türkiyənin Asiya ilə ticarət əlaqəsi üçün də vacibdir. Türkiyə Şərqlə Qərb arasında əlaqəni quracaq" söyləyib. Səfir Zəngəzur dəhlizi layihəsinin Ermənistan üçün də öz təhlükəsizliyini təmin etmək üçün vacib olduğunu qeyd edib: "Zəngəzur dəhlizi əslində Ermənistanın inkişafı üçün, gələcəyi, müstəqilliyini, təhlükəsizliyini təmin etmək üçün yaxşı layihədir. Bununla belə, Ermənistan son 30 ildə bir çox layihələri itirib. Layihələr Ermənistan yox, Gürcüstandan keçərək Türkiyə, Qara dəniz və Aralıq dənizinə çatıb. Ermənistan bu layihədən də kənarda qalsa, həyata keçirə biləcək başqa proyekti qalmayacaq”.

ReAL Partiyasının sədr müavini Natiq Cəfərli vurğulayıb ki, bir neçə istiqamətdə davam edən Azərbaycan-Ermənistan danışıqlarında bəzi pozitiv ilkin razılaşmalar var. Əsas da Zəngəzurdan keçəcək kommunikasiya xətlərinin açılması ilə bağlı məsələ həllini tapmaq üzrədir: "Dəfələrlə publik çıxışlarımda qeyd edirdim ki, bu yolun açılmasında əsas maneə Rusiya ilə Ermənistan arasında olan problemlərdir. Kreml israr edirdi ki, Laçın yoluna da, Zəngəzur yoluna da ancaq və ancaq Moskva nəzarət etməlidir. Azərbaycan bütün müqavimətlərə baxmayaraq, Laçın yoluna sərhəd-keçid məntəqəsi inşa edib nəticəyə nail olması bu məsələnin çözülməsində mühüm rol oynadı. Ermənistanın publik hay-küyünə baxmayın, Laçında Bakının dediyini etməsi, öz sərhədimizin özümüz tərəfindən qorunub nəzarətə götürülməsi Ermənistan üçün çox sərfəli oldu. Bizim məhz bu addımımızdan sonra Ermənistan Rusiyadan Zəngəzur yoluna nəzarəti qopara bildi. Son Moskva görüşündə Kreml Zəngəzur yolunun giriş və çıxışında Ermənistan rəsmi orqanlarının yerləşməsi israrı ilə razılaşmalı, barışmalı oldu".
Politoloq bəyan edib ki, rəsmi Bakının Laçın yolunda qəti addım atması Zəngəzur yolu düyününün açılmasında birbaşa və həlledici rol oynadı:
"Əslində bizə də Zəngəzur yoluna Ermənistanın nəzarət etməsi daha sərfəlidir. Kremlin təkbaşına nəzarəti ələ alması Azərbaycana növbəti təzyiq vasitəsinə çevrilə bilərdi. Nəzarətin Ermənistanda olması isə işi asanlaşdırır, qarşılıqlı asılılıq yaradır. Yəni İrəvan Naxçıvana gedən yüklərə, vətəndaşlara, qatar və avtomobillərə problem çıxarsa, özləri də Laçın yolunda eyni problemlərlə və ya Azərbaycan üzərindən Ermənistana gedəcək yük və sərnişinlər eyni yanaşma ilə üzləşəcəklər. Qarşılıqlı asılılıq belə məsələlərdə sabitlik göstəricisinə çevrilir, tarazlıq yaradan faktor olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks