Ən pis ssenariyə də hazır olmalıyıq:“Bu beş ildə prosesləri...”
Banuçiçək Kalbalıyeva
11:50 10.05.2021
Qarabağ
790
“Regionda baş verən proseslərin geopolitik analizini Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, beynəlxalq hüququ bərpa etməsi, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması və ən nəhayət, erməni üzərində qələbə çalması kimi ancaq bizi maraqlandıran məsələlər üzərindən aparsaq, sonda yanlış yerə gəlib çıxarıq. Bu, məhdud yanaşma olar və gələcək geosiyasi gedişlərimizi proqnozlaşdırmaqda bizi yanılda bilər”.
Bu sözləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
O, “Sherg.az”a açıqlamasında söylədi ki, ən pis ssenariyə də hazırlıqlı olmalıyıq:
“Hesab etməməliyik ki, yuxarıda sadalananlar geopolitik güclər üçün də vacib amildir və qəbul ediləndir. Beynəlxalq güclərin qarşılıqlı maraq dairələri uğrunda apardığı mübarizədə heç də həmişə bizim maraqlarımızın əhəmiyyət kəsb etmədiyi görünür. Belə olmasa idi problem uzun illər yerində durmazdı.
Bu baxımdan proseslərin hər zaman bizim lehimizə olacağı fikrinə şübhə ilə yanaşmalı və ən pis halı nəzərə alıb aktiv siyasət yürütməliyik.
Strateji tərəfdaşımız qardaş Türkiyənin gələcək idarəçilərinin nə qədər proseslərdə bizə dəstək ola biləcəyi, bu dəstək zəif olacağı dövrdə tək qalacağımız güclər qarşısında necə davranacağımızı indidən hesablamalıyıq.
Biz hesab etməməliyik ki, proseslərin geri dönüşü yoxdur və olmayacaq. Bunları nəzərə alıb, bu beş il içərisində bütün prosesləri yekunlaşdırmağa çalışmalıyıq. Region sülhün nəticələrini görməyincə hər an hər şey ola bilər. Çünki beynəlxalq güclər üçün müqəddəs heç nə yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm