"Erməni əsgərlər Şuşaya ancaq əli qandallı, əsir statusunda qayıda bilər" - Politoloq
Banuçiçək Kalbalıyeva
08:37 15.05.2021
Qarabağ
1011
Ermənistanın müxtəlif rəsmiləri revanşist bəyanatlar səsləndirməkdə davam edirlər. Bu günlərdə yepiskop Baqrat Qalstanyan Qarabağa qayıdacaqları barədə açıqlama verib.
“Keçmişimiz bizdən oğurlandı, bu günümüz hər gün öldürülür, ancaq gələcəyimizin belə şəkildə məhv olmasına icazə verməyəcəyik”. – deyən yepiskop gec-tez Şuşaya geri dönəcəklərini bəyan edib. Bu, onların nağıllar aləmində yaşadıqlarını bir daha göstərir. Əslində özləri də bilirlər ki, ayaqlarını bir daha tarixi torpaqlarımıza basa bilməyəcəklər. Zatən onlar özlərini və xalqlarını aldatmağa öyrəşiblər...
Rusiyada yaşayan soydaşımız, jurnalist, politoloq Anar Həsənov bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Ermənistan KİV-i millətlərarası münasibətlərdə sülhməramlı yox, katalizator funksiyasını icra edir ki, bu destruktiv mövqelərini “jurnalistika cəmiyyətin güzgüsüdür” yanaşması ilə sığorta edirlər. Bu yanaşma postmüharibə dövründə jurnalistin peşəkar etik kodeksinə ziddir. Mənə keşiş Baqratın təcavüz nitqi Floridadan olan paster Terri Jonsun Quranı yandırmasını xatırlatdı. O zaman heç kəsin tanımadığı bir keşişin təxribatını fokuslamaqla KİV onu məşhurlaşdırmış, münaqişəyə, dinlərarası gərginliyə səbəb olmuşdu. Halbuki jurnalistika belə anti-ictimai elementlərə ruporluq etməməlidir. Dünyanın bütün dövlətlərindəki “ekstremizmə qarşı tədbirlər” aktlarında bu prinsip öz əksini tapıb. Bu gün erməni jurnalistlərin ekstremizmə və müharibəyə çağırış edən orta statistik keşişin fikirlərini tirajlaması da bu qəbildən olan jurnalistin sosial məsuliyyətsizliyidir”.
A. Həsənov, həmçinin dedi ki, rəsmi İrəvan xəritədən silinmək istəmirsə, “dilini dinc qoymalıdır” :
“Ermənistan əsgərlərinin Şuşaya qayıdacağına gəldikdə isə, bunu istisna etmirəm. Ancaq bu dəfə əli qandallı əsir statusunda. Baqratın çağırışı ilə bağlı əlavə edə bilərəm ki, onu dindirən maddi maraqdır. Müharibədən sonra Ermənistana diasporun maliyyə yardımları zəifləyib. Qarabağ xülyası puç olub. Bu isə öz növbəsində diasporun kilsəyə ayırdığı translara mənfi təsir edir. Odur ki, vətənpərvərlik hisslərinin bərpası adı altında keşiş Baqratlar “düşmən” obrazını istismar edir.
Azərbaycanın hərbi imkanları, Qarabağın relyefi, geosiyasi vəziyyət, Türkiyə-Rusiya, Azərbaycan – Rusiya münasibətlərinin dinamikası ermənilərin müharibə ritorikasının söz yığını olduğunu deməyə əsas verir. Ermənistandan on minlərlə qaçqının Qarabağa yenidən qaytarılmasından sonra ancaq siyasətdə naşı və öz xalqını sevməyən adam Azərbaycana müharibə elan edər. Yekun olaraq Rusiya prezidenti Vladimir Putinin məşhur sitatını xatırlamaq istərdim : “Yeni müharibə Ermənistanın məhvinə səbəb ola bilər!””.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi