Erməni jurnalist Paşinyanın “Qarabağ bəyanatı”nı tənqid etdi
19:39 26.10.2019
Qarabağ
532
2018-ci ilin aprelində bizə iqtisadi inqilab vəd etdilər. Yaxşı yaşayacağımıza söz verdilər.
Bunu "Karyak Media"nın direktoru, jurnalist Aram Antinyan deyib.
Onun sözlərinə görə, əgər keçən ilin dövlət büdcəsi keçid büdcə sayıla bilərdisə, bu gün bütün makroiqtisadi göstəricilərdə nisbi azalma olduğunu təəssüflə qeyd etmək lazım gəlir. Eyni zamanda, 2020-ci ilin büdcəsi də “inqilabi vədlərdən” uzaqdır.
”Keçən ay seçki ərəfəsində söz verib, amma yerinə yetirməyən Meksika şəhərlərindən birinin merinin əyninə insanların qadın paltarı geyindirdiklərini izlədim. Başqa bir görüntülərdə isə yenə də Meksika şəhərlərindən birinin meri asfalt çəkməyə söz verib, lakin yerinə yetirmədiyi üçün onu ata bağlayıb, yol boyu sürüdülər. Əlbəttə, belə bir yanaşmanı əsaslandırmaqdan uzağam, amma bu kadrlar məni bir sual verməyə məcbur etdi: bizə qızıl dağlar vəd edən məmurlara qarşı necə çıxırıq? Bütün hallarda cavabım eynidir - heç cür. Meksikalılardan fərqli olaraq, indi biz yerinə yetirilməmiş vədləri bağışlayır və 500 milyon dollar sərmayə əvəzinə yeni 500 metrlik velosiped yoluna razılaşırıq”, - Antinyan deyib.
Onun sözlərinə görə, heç bir iqtisadi inqilab olmayacağı və inqilab vəd edənin də bunu bildiyi üçün hakimiyyət büdcəni manipulyativ bir yanaşma ilə irəli sürüb. Hakimiyyət bilir ki, iqtisadiyyatın real sektoruna birbaşa xarici sərmayə keçən ilin yanvar-iyun ayları ilə müqayisədə 5 dəfə azalıb.
Erməni jurnalist Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı səsləndirdiyi bəyanatı da tənqid edib: “Qarabağ Ermənistandır və nöqtə” deyərək, danışıqlar təhlükə altına atılır, amma hərbi xərclər azaldılır. Son dərəcə riskli bir şey etdilər - müharibə olmayacağına ümid edərək büdcə hazırladılar, baxmayaraq ki, müharibə etmək üçün əllərindən gələni edirlər”.(azvision.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm