“Ermənilər beynəlxalq hüququn normalarını pozurlar”- Seçki şousu
Şəymən Bayramova
11:31 07.04.2020
Qarabağ
1316
Ceyhun Məmmədov: “Dünya birliyi Ermənistanın və qondarma rejimin işğal siyasəti ilə barışmır”
Dağlıq Qarabağda “seçkilər” keçirilməsinə dünya ictimaiyyətinin gözlənilən reaksiyası özünü çox gözlətmədi. “Seçki”lərin nəticəsi heç bir ölkə və qurum tərəfindən tanınmadı, əksinə, pisləndi. Dünya ölkələri, aparıcı beynəlxalq qurumlar qondarma rejimdə keçirilən “seçkiləri” qınayan sərt bəyanatlarla çıxış ediblər. Göründüyü kimi, Ermənilərin Dağlıq Qarabağda “seçkilər” keçirməklə qondarma rejimə legitimlik donu geyindirmək cəhdi bu dəfə də alınmadı. Bu “seçkilər” bir daha həm də onu göstərdi ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onların Azərbaycana və beynəlxalq hüquqa hörmətsizliyi dəyişməz qalır.
Millət vəkili Ceyhun Məmmədov isə “Sherg.az” a açıqlamasında son günlər bütün dünya ölkələrinin əsas diqqətinin ümumbəşəri bəlaya çevrilmiş (COVID-19) pandemiyası ilə mübarizəyə yönəlməsinə diqqət çəkib:
“Belə bir mürəkkəb dövrdə təcavüzkar Ermənistan və onun əlaltısı olan işğalçı rejimin beynəlxalq hüququn norma və prinsiplərini pozaraq işğal olunmuş ərazilərdə növbəti seçki - şousu təşkil etməsi heç bir məntiqə sığmır və Ermənisatan tərəfinin növbəti məsuliyyətsiz addımı kimi qiymətləndirilməlidir. Bu addım qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və danışıqlar prosesinə ciddi zərbədir.
Təəssüf ki, ermənilər beynəlxalq aləmə meydan oxumaqda davam edirlər. Belə saxta "seçki"lərlə bağlı əvvəllər BMT, ATƏT, digər beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət dəfələrlə bəyanatlar verib, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz "seçkiləri" pisləmiş və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bəyan etmişlər”.
Millət vəkilinin sözlərinə görə hər zaman olduğu kimi ermənilər beynəlxalq hüququn norma və prinsiplərinin pozmaqda davam edərək, bu bəyanatlara məhəl qoymayıblar:
“ATƏT-in Minsk qrupunun həmsədrləri saxta seçkilərlə bağlı bu dəfə də növbəti bəyanat veriblər. Həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) də qeyd etdiyi kimi, Dağlıq Qarabağı heç bir həmsədr ölkə və ya başqa bir ölkə müstəqil və suveren dövlət kimi tanımır. "Həmsədrlər bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər.
Onu da qeyd edək ki, ötən seçkilərdən fərqli olaraq budəfəki seçkilərlə bağlı rəylər daha çox oldu. Bu bir daha Azərbaycanın mövqeyinin haqlı olduğunu, dünya birliyinin Ermənistanın və qondarma rejimin işğal siyasəti ilə barışmadığını göstərdi.
Münaqişənin həlli üçün xarici ölkələrin və beynəlxalq qurumların Ermənistana təzyiqi daha da artırılmalıdır. Azərbaycan öz torpaqlarını sülh yolu ilə həll etməyə çalışır. Lazım olduğu təqdirdə Azərbaycan torpaqlarının hərb yolu ilə azad olunması məsələsinə baxacaq.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağın işğaldan azad olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bütün beynəlxalq tədbirlərdə və görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsi prioritet məsələlərdən birini təşkil edir”.
Deputatın fikrincə, hazırkı dövrdə bu bəyanatlardan yararlanaraq beynəlxalq aləmin Ermənistana təzyiqinin artırılması, erməni yalanlarının ifşası, azərbaycanlılara qarşı törədilən soyqırım aktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərimizi daha da gücləndirməliyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm