“Ermənilərin “seçki oyunu” siyasi təxribatın tərkib hissəsidir”
Şəymən Bayramova
08:41 15.04.2020
Qarabağ
1507
Hikmət Babaoğlu: “Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq"
2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev martın 31-də Azərbaycanın işğal altında olan ərazilərində keçirilən qondarma “seçkilər”ə xüsusi diqqət ayırıb. Ölkə başçısının sözlərinə görə, qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri” Ermənistanın mövqeyinə növbəti böyük zərbə oldu:
“Həmnin “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
Qeyd edək ki, beynəlxalq ictimaiyyətin qınağına rəğmən erməni separatçıları Azərbaycanın işğal edilmiş ərazilərində qondarma seçkilərin ikinci turuna da cəhd edib.
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, rəsmi Bakı işğal edilmiş ərazilərimizdə baş verən qeyri-qanuni hərəkətləri izləyir və müvafiq operativ reaksiyalar verir:
“ Doğrudur bu hələlik yalnız diplomatik və siyasi müstəvidə baş tutur . Ancaq işğalçı Ermənistan və qondarma rejim əmin olsun ki , problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün də uzaqda deyil. Ona görə də “seçki şouları” ilə işğal faktını ört-basdır etmək niyyəti baş tutmayacaq. Artıq qondarma rejimin “seçki oyunu” mart ayının 31-dən dərhal sonra bütün beynəlxalq qurumlar və dünya siyasətini müəyyənləşdirən ölkələr tərəfindən pisləndi. Bu bir daha Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi və işğalçılıq siyasətinin qəbul edilməməsi kimi qiymətləndirilməlidir. Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzundan , dövlətlərarası münasibətlərdə qarşılıqlı maraqlara söykənən diplomatik strateji əlaqələr qurma bacarığından xəbər verir .Ona görə də işğalçı Ermənistan və qondarma rejim “seçki şousu” yaratmaqdansa işğal etdikləri ərazilərimizdən çıxmaq barədə düşünsələr, daha yaxşı olar . Onsuz da Azərbaycan öz hərbi-siyasi gücüylə Ermənistanı buna mütləq məcbur edəcək” .
Separatçıların uydurma ikinci mərhələ adı ilə yenidən “seçki” oyununu təkrarladığına toxunan deputat hesab edir ki, bu hadisə vahid siyasi təxribatın tərkib hissəsi olduğu üçün qondarma 31 mart seçkilərinə verilən qiymət avtomatik olaraq onun davamına da şamil edilir:
“Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq . Tam əksinə bu cür təxribatlar siyasi prosesləri sürətləndirməklə Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi ilə nəticələnəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm