Girovların dəyişdirilməsi: Bu, münaqişənin həllində praktiki mərhələnin başlanğıcı olacaq
Ayyət Əhməd
08:44 17.10.2019
Qarabağ
745
"Nikol Paşinyanın son günlərdə Dağlıq Qarabağ gündəliyi çox gərgindir, aktualdır və aktivdir. Bako Saakyanı Yerevana çağırdı və onunla çoxsaatlı görüşdə bu vaxta qədər keçirdiyi görüşləri müzakirə etdi. Aşqabadda MDB-nin sammitində Azərbaycan Respublikasının Prezidenti ilə təxminən 2 saatdan çox davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin detalları müzakirə olunub. Məhz Paşinyanla İlham Əliyevin görüşündən sonra ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər etdi".
Sherg.az bildirir ki, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Analitik bildirib ki, həmsədrlərin əvvəlcədən anons vermədən regiona səfəri çox böyük ehtimalla Aşqabad razılaşması ilə əlaqəsi olan məsələdir:
"Paşinyan Yerevanda həmsədrlərlə görüşdü. “Xalqların sülhə hazırlanmasının müzakirəsi” Paşinyanın mətbuat xidmətinin yaydığı məlumatda xüsusi qeyd olunmuşdu. Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə həmsədrlər XİN başçısı Zöhrab Mnasakanyanla görüşdə öhdəliklərin mütənasibliyini müzakirə ediblər. Gürcüstanın Baş naziri Georgi Qaxariya da Yerevanda olarkən Dağlıq Qarabağ tənzimlənməsini ciddi müzakirə edib. Hesab edirəm ki, 3 görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunması dinc tənzimləmədə aktivliyin göstəricisidir".
M.Əhmədoğlu xatırladır ki, həmsədrlər qondarma qurumun de-fakto rəhbəri Saakyanla da görüşüblər:
"Yayılan məlumatda yeni bir şey yoxdur. 2017-ci ilin yayında o zamankı prezident Serj Sərkisyan Dağlıq Qarabağa gəldi və sülh planını qəbul etmək məcburiyyətində olduğunu açıqladı. O zaman qondarma qurum olan Dağlıq Qarabağın "rəhbərliyi" Serj Sərkisyana etiraz edə bilmədi. Amma indi qondarma Dağlıq Qarabağın "rəhbərliyi" Paşinyana qulaq asmır. Paşinyan Sərkisyanın nə dediyini bilir. Son dövrlərdə xalqların sülhə hazırlanması daha çox humanitar aksiyaları əhatə edib. Bu, girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla “hamının hamıya” dəyişdirilməsi prinsipidir. Görünür, məhz bu Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanğıcı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
09:37 29.06.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:09 29.06.2026
İqtisadiyyat
Kiprda iki uşaq avtomobildə ölü tapıldı
08:28 29.06.2026
Dünya
Britninin oğulları podiumda!
07:27 29.06.2026
Şou
“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir
06:52 29.06.2026
Texnologiya
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
06:16 29.06.2026
Maraqlı
SZ: Polşa Almaniyadan təzminat tələbi ilə bağlı taktikasını dəyişib
05:35 29.06.2026
Dünya
Beyons əri ilə Nyu-York küçələrində
03:49 29.06.2026
Dünya
DÇ-2026: Kanada 1/8 finala çıxıb
03:13 29.06.2026
Futbol