Nazir bildirib ki, problemin həlli qarşılıqlı güzəştlərə əsaslanır: “Heç kim Ermənistandan bizim milli təhlükəsizliyimizə zərər vuracaq güzəştləri ehtiva edən hansısa addım gözləyə bilməz. Mərhələli həll yalnız bütün tərəflərin eyni miqyaslı kompromisə gedəcəyi təqdirdə mümkün ola bilər”. Erməni XİN başçısının münaqişə ilə bağlı açıqlaması Azərbaycan ictimaiyyətində kəskin etirazla qarşılanıb.
Güzəşt limitimiz çoxdan tükənib: “2016-cı ilin apreli təkrarlanacaq ”
Turan
14:04 06.05.2020
Qarabağ
1528
“Mnatsakanyan erməni xalqının ikinci dəfə aprel döyüşləri travması ilə üz-üzə qalmasını istəmirsə, özünü sülhsevər diplomat kimi aparsın”
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan qarşılıqlı güzəştlərdən danışaraq “Biz Qarabağ məsələsinin mərhələli həllinə razıyıq, ancaq Ermənistan Qarabağla bağlı birtərəfli güzəştə getməyəcək” sərsəm fikirlər səsləndirib.
Nazir bildirib ki, problemin həlli qarşılıqlı güzəştlərə əsaslanır: “Heç kim Ermənistandan bizim milli təhlükəsizliyimizə zərər vuracaq güzəştləri ehtiva edən hansısa addım gözləyə bilməz. Mərhələli həll yalnız bütün tərəflərin eyni miqyaslı kompromisə gedəcəyi təqdirdə mümkün ola bilər”. Erməni XİN başçısının münaqişə ilə bağlı açıqlaması Azərbaycan ictimaiyyətində kəskin etirazla qarşılanıb.
Z.Mnatsakanyanın sözlərini “Sherg.az”a şərh edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri, Qarabağ qazisi Əlisahib Hüseynov nazirin fikirlərinin tamamilə absurd olduğunu söyləyib. Partiya rəhbəri vurğulayıb ki, torpaqları işğala məruz qalmış və illərlə səbr etmiş Azərbaycan tərəfindən hansısa güzəşt istəmək həyasız yanaşmadır:
“Biz Qarabağ münaqişəsinin həllinə dair sülh danışıqları prosesində daha hansı güzəştlərə getməliyik ki? Güzəşt limitimiz çoxdan tükənib. Maksimum güzəştlərə getmişik. Ən böyük güzəştimiz isə budur ki, 30 ilə yaxındır ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq, müharibə variantına əl atmırıq. Bundan artıq hər hansı güzəştə getməyimiz mümkünsüzdür. Odur ki, Ermənistanın baş diplomatı “Mərhələli həll üçün ilk növbədə status məsələsi həll edilməlidir” kimi cəfəng iddiaları ortaya atıb danışıqlar prosesini məqsədli şəkildə “dalan”a dirəməyə cəhd göstərməsin. Əks halda, Mnasakanyanın qorxulu röyası həqiqətən də baş tutacaq. Yəni 2016-cı ilin apreli təkrarlanacaq. Əgər Mnatsakanyan təmsil etdiyi erməni xalqının ikinci dəfə aprel döyüşləri travması ilə üz-üzə qalmasını istəmirsə, o zaman özünü "müharibə qırğısı" kimi yox, həqiqətən də sülhsevər diplomat kimi aparsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq