Həmsədrlərdən tələb edildi: İşğala son qoyulmalıdır
Ayyət Əhməd
11:50 17.10.2019
Qarabağ
927
Ölkəmizdə səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin (Polşa) “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın İdarə Heyəti ilə icmanın binasında görüşü keçirilib.
Sherg.az-ın xəbərinə görə, görüş zamanı Dağlıq Qarabağın azərbaycanlı icmasının əsas tələbləri həmsədrlərə təqdim edilərək, azərbaycanlı məcburi köçkünlərin əsas insan hüquqlarının bərpa edilməsi, torpaqlarımıza geri dönmək, Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinin bərpası və Ermənistanın işğalına dərhal son qoyulması istənilib.
Görüşdə Ermənistan rəhbərliyi və qondarma rejimin “nümayəndələri”nin son zamanlar səsləndirdiyi təxribat xarakterli bəyanatların danışıqlara vurduğu ziyan icma üzvləri tərəfindən qeyd olunub.
Həmcinin, işğal olunmuş ərazilərimizdə Ermənistanın apardığı qanunsuz fəaliyyət haqqında həmsədrlərin diqqətinə məlumat çatdırılıb. Bu xüsusda, Şuşada Azərbaycan xalqına məxsus qədim Gövhər Ağa məscidinin “təmir” olunaraq fars məscidi kimi təqdim edilməsinə görə etiraz bildirilib, Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı qondarma rejim tərəfindən tariximiz, mədəni, dini və qeyri-maddi irsimizin saxtalaşdırılmasının yolverilməz olduğu xüsusi vurğulanıb.
Həmsədrlərin diqqətinə habelə işğal olunmuş ərazilərdə aparılan qanunsuz məskunlaşdırma fəaliyyəti haqqında məlumat verilib, Ermənistan tərəfinə bu fəaliyyətini dayandırmaq üçün təzyiq göstərilməsi xahiş edilib.
İcma üzvləri bir daha yalnız işğalın nəticələrinin aradan qaldırılması ilə Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində daimi və ədalətli sülh şəraitində birgəyaşayışın mövcud ola biləcəyini vurğulayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə