İcma sədri: Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik
08:09 29.05.2020
Qarabağ
769
Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik.
"Sherg.az"bildirir ki, bunu Trend-ə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
İcma rəhbəri qeyd edib ki, işğaldan azad ediləndən sonra Dağlıq Qarabağ və ətraf ərazilərdə dağıdılan şəhərlər, rayonlar, kənd və qəsəbələr ən müasir formada yenidən qurulacaq.
"Biz 2016-cı iln aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin qısa zaman ərzində yenidən qurulduğunun şahidi olduq. Yeni evlər, məktəb binası, uşaq bağçası, mədəniyyət sarayı, istirahət parkı, məscid tikildi, yaşıllıq zolaqları salındı. Kənd sakinləri uzun illərdən sonra yeni evlərinə qayıdaraq köçkünlük həyatına son qoydular.
Cocuq Mərcanlı, Şıxarx qəsəbələrinin timsalında Azərbaycan dövləti dünyaya sübut etdi ki, Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunacaq ərazilərimizdə ən qısa zamanda insanların bütün həyat şəraitini təmin edəcək, şəhər, rayon, kənd və qəsəbələr salmağa qadirdir. Köçkünlərlə keçirdiyimiz görüşlərdə bu mövzuda dəfələrlə söhbətlərimiz olub.
Elə insanlar var ki, geri qayıdandan sonra tikəcəyi evin layihəsi və mənzilin dizaynına qədər hər şeyi planlaşdırıb. Bu insanlar geri qayıdacaqları günü gözləyirlər ki, uzun illər xəyallarında yaşatdıqları arzuları reallaşdıra bilsinlər".
T.Gəncəliyev qeyd edib ki, rəsmi Bakı Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çalışır:
"Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar masası üzərində mərhələli həll variantdır. Ermənistan hakimiyyətinin riyakarlığı üzündən münaqişənin həlli uzun illərdir ki mümkün olmur.
Ermənistan rəhbərliyi həm öz xalqını, həm də münaqişənin tərəfləri arasında vasitəçilik missiyası həyata keçirən qurumları aldadır. Bu isə bəlli bir nöqtəyə qədər davam edə bilər.
Hesab edirəm ki, artıq həm Ermənistan əhalisi, həm də beynəlxalq təşkilatlar bunu başa düşməyə başlayıblar. Ermənistan hakimiyyəti danışıqlarda etibarsız tərəf sayılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq