"İşğalçıya nota ilə cavab verməyin vaxtı çoxdan keçib" - SƏRT AÇIQLAMA
Şəymən Bayramova
10:42 23.05.2020
Qarabağ
1503
“Azərbaycana meydan oxuyan erməniləri qanına bələyib ərazi bütövlüyümüzü təmin etməliyik”
Mayın 21-də separatçıların qondarma prezidentinin “andiçmə mərasimi” keçirilib. "İnauqurasiya mərasimi" üçün Şuşa şəhəri seçilib. Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti də iştirak edib.
Qondarma andiçmə mərasimi Azərbaycan ictimaiyyəti tərəfindən Paşinyanın növbəti təxribatı kimi dəyərləndirilir. Ermənistan bir növ özünü Qərbə yamamaq üçün demokratik dövlət kimi görünməyə çalışır ki, özlərini dünyaya demokratıq, lakin ermənilərin Azərbaycanın rəhbərliyi altında qalmasından ehtiyyat edirik, çünki orada insan hüquqları pozulur və.s.
Azərbaycanın güclü və yüksək səviyyəli döyüş qabiliyyətnə malik orduya sahib olduğunu vurğulayan millət vəkili Elman Məmmədovun fikrincə separatçıların bu həyasızlığı cavabsız qalmamalıdır. Düşmənin “andiçmə mərasimi”ni Şuşada keçirməsini Azərbaycana qarşı “əzələ nümayişi” olduğunu vurğulayan deputat deyib ki, Azərbaycan Ordusu özünün imkanlarından istifadə edib Paşinyan qarışıq Şuşaya yığışan bütün erməniləri məhv etməlidir:
“Onların özbaşınalığına, torpaqlarımızın sahibiymiş kimi davranmalarına etiraz, nota ilə cavab vermək vaxtı çoxdan keçib. Neçə illərdir beynəlxalq qurumlar Azərbaycana mənasız məsləhətlər verməklə baş qatır. Deyirlər ki, müharibə etmək lazım deyil. Münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasını istəyirlər. Vaxtaşırı boğazdanyuxarı bəyanatlar verməklə status-kvonun saxlanmasında Ermənistanın maraqlarına xidmət edirlər. Sözdə isə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırlar”.
E.Məmmədov hesab edir ki, Şuşada “andiçmə mərasimi” keçirib, Azərbaycana meydan oxuyan erməniləri qanına bələyib ərazi bütövlüyümüzü təmin etməliyik:
“Vəssalam, bunun alternativi yoxdur. Əks halda Dağlıq Qarabağdakı qondarma qurum orada istədikləri kimi at oynatmağa davam edəcəklər”
Qeyd edək ki, aprelin 15-də keçirilmiş seçkilərin ikinci turunun nəticələrinə görə, qalib olan Arayik Harutyunyan "rəsmən" sözügedən vəzifəni tutacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət