İşi sona çatdırmalıyıq! “...Anti-terror əməliyyatlarına başlayacağıq”
Banuçiçək Kalbalıyeva
11:24 06.05.2021
Qarabağ
664
“Regionda sabitliyə mane olmaq istəyən qüvvələr var. Onlardan biri də Rusiyadır”
“Odur ki, bizi vadar etsələr, dediyim kimi, anti-terror əməliyyatlarına başlayacağıq”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşdə regiondakı vəziyyəti müzakirə edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. C.Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar, mövcud əməkdaşlıq imkanları, dövlətlər arasında münasibətlərin normallaşdırılması üçün yaranan unikal vəziyyət, habelə üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər, Ermənistanın üçtərəfli bəyanatın həyata keçirilməsinə maneə törədən davranışı və revanşist bəyanatları, bu xüsusda Azərbaycanın mövqeyi barədə həmkarını məlumatlandırıb.
Bu isə o deməkdir ki, “Dəmir yumruq” hələ də havadadır…
Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn növbəti müharibə ehtimalı barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Mövcud narahatlıq dövlət başçısı səviyyəsində də elan olunub. Ermənistanın revanşist meyillərini hamı bilir. Amma düşmənin müharibəyə başlamaq ehtimalı çox azdır. Buna baxmayaraq, qanunsuz silahlı birləşmələr torpaqlarımızdan çıxmasa və rəsmi İrəvan iddialarından əl çəkdiyini bildirməsə, Azərbaycan gec-tez anti-terror əməliyyatlarına başlamalı olacaq. Regionda sabitliyə mane olmaq istəyən qüvvələr var. Onlardan biri də Rusiyadır. Odur ki, bizi vadar etsələr, dediyim kimi, anti-terror əməliyyatlarına başlayacağıq. Ümumiyyətlə, Azərbaycan başladığı işi sonadək davam etdirməli və bütün torpaqlarımızda suverenliyimiz bərpa olunmalıdır. Biz bu iradəyə sahibik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm