"Laçın dəhlizi ilə bağlı razılaşmaya yenidən baxılmalıdır"
03:35 31.08.2021
Qarabağ
1402
Rəfail Becanov: "Proses və təxribatlar dərinləşdikcə, Azərbaycan tərəfi qəti qərar vermək məcburiyyətində qalacaq"
“Ermənistanın təxribatları, Rusiya sülhməramlılarının öz üzərlərinə götürdükləri missiyanı tam yerinə yetirməmələri Laçın dəhlizinin fəaliyyətinə yenidən baxılmasını zəruri edir. Ona görə ki, Ermənistan təxribatlarını sistemli şəkildə davam etdirir və Rusiya tərəfi də baş verənlərə faktiki göz yumur. Rus sülhməramlı missiyasının cavabdeh olduğu ərazidə bir növ yeni silahlanma tendensiyası yaşanır”.
Bunu siyasi şərhçi Rəfail Becanov deyib. O bildirib ki, sülhməramlıların cavabdeh olduğu ərazilərə ermənilərin bu şəkildə, hətta silahlı şəxslərin rahat gəlib-getməsi davam edərsə, Laçın dəhlizi ilə bağlı razılaşmaya yenidən baxılmasından başqa çarə qalmır:
“Proses və təxribatlar dərinləşdikcə, Azərbaycan tərəfi qəti qərar vermək məcburiyyətində qalacaq. O qərar isə Laçın dəhlizinin bağlanmasıdır. Çünki ermənilər özləri də, silahları da ancaq o dəhlizlə Xankəndinə daşınır. Rusiya tərəfi isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, Azərbaycana qarşı təhdid və xoş olmayan addımlar sərgiləyir. Laçın dəhlizində keçirilən təlimlər bunun işarəsidir. Bu təlimlərlə Azərbaycana təzyiq niyyəti güdülür. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin "təlim simulyasiya edilmiş düşmənin pilotsuz təyyarələrindən istifadə edərək, mümkün pozuntuların qarşısını almaq, müşahidə məntəqələrində təhlükəsizliyi təmin etmək məqsədi daşıyır" məlumatı əslində əzələ nümayişidir. Bu, təlimin motivindən aşkar bilinir. Ermənistanın PUA-sı, pilotsuz təyyarəsimi var? Ermənistan ordusu 44 gündə darmadağın olub. Onun özünə gəlməsi üçün bəlkə də 44 il lazımdır!”.
R.Becanovun fikrincə, Rusiyanın bu təlimi Azərbaycana qarşıdır:
“Rusiya tərəfi hesab edir ki, təxribatlar davam edərsə, Azərbaycan Laçın dəhlizini bağlamaq üçün 44 günlük müharibənin ən müasir taktikasını tətbiq edə və PAU-larla prosesi nəzarətə götürə bilər. Ona görə də əsas motiv PUA-lara qarşı təlimlər seçilib. Laçın dəhlizini bağlamaq və ya istifadəsinə şərait yaratmaq Azərbaycanın suveren hüququdur. Zəngəzur dəhlizinin açılması əngəlləndikcə, Rusiya üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməsi üçün Ermənistana təzyiq etmədikcə və sülhməramlı missiyanın cavabdeh olduğu ərazilərdə silahlı birləşmələrin tam tərksilah olunması həyata keçirilmədikcə, Azərbaycan öz suveren hüququndan istifadə etməlidir. Rusiya sülhməramlı missiyasının cavabdeh olduğu ərazilərdə göstərdiyi fəaliyyət ATƏT-in Minsk qrupunun 30 illik dönəmdə sərgilədiyi fəaliyyətdən heç nə ilə fərqlənmir. Sülhməramlılar da ATƏT-in Minsk qrupu kimi ikili standartla fəaliyyət göstərir, missiyalarını yerinə yetirməkdən çox missiyalarına daxil olmayan fəaliyyətlərlə məşğul olurlar. Gah humanitar aksiyalar təşkil edirlər, gah da erməniləri kilsələrə daşıyırlar... Kilsəyə erməni daşımaq sülhməramlı missiyadırmı?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə