Prezidentin göstərişi ilə Qarabağ müharibəsi əlilinə mənzil təqdim edilib
16:05 10.05.2020
Qarabağ
1089
Yevlax rayon sakini, birinci qrup Qarabağ müharibəsi əlili Həsənov Tahir Hüseyn oğlunun Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevə müraciəti əsasında ona Yevlax şəhərində növbədənkənar 2 otaqlı mənzil inşa edilib.
YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tahir Həsənovun əlil olması nəzərə alınaraq evinin tikintisi zamanı evinə rahat girib-çıxması üçün pandus quraşdırılıb. Həmçinin Qarabağ müharibəsi əlilinin istəyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən mənzilin otaqları, mətbəxi lazımi mebel avadanlıqları ilə təchiz edilib, dizayna uyğun olaraq pərdələr asılıb, həyətində abadlıq işləri görülüb, meyvə və bəzək ağacları əkilib.
Mayın 9-da yeni inşa edilmiş mənzil birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova təqdim edilib.
Göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə dərin təşəkkürünü bildirənTahir Həsənov deyib ki, 1971-ci ildə Novosibirski Ali hərbi siyasi məktəbini bitirərək, zabit kimi bir neçə xarici dövlətlərdə hərbi xidmət keçib. 1984-cü ildə Azərbaycana qayıdıb və Naxçıvanda xidmətini davam etdirib. O, Moskvada Lenin adına Hərbi Siyasi Akademiyasını bitirəndə Ulu Öndər Heydər Əliyevlə görüşüb və akademiyanı bitirməsi barədə diplomu ona Ümummilli lider Heydər Əliyev təqdim edib. Ermənistanın Azərbaycana təcavüzü başladığı gündən o, torpaqlarımızın azadlığı uğrunda batalyon komandiri kimi döyüşlərə qoşulub, uzun bir döyüş yolu keçərək briqada komandiri vəzifəsinə qədər yüksəlib. Fizuli rayonunda gedən döyüşlər zamanı ağır yaralanan Tahir Həsənov polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq